Kriminal

Külli miqdarda aksiz markasız siqaret və araq aşkar edilib

7 Mart 2018 15:00

Aksiz Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə respublika ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş tütün məmulatlarının və spirtli içkilərin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən "Şərab evi" adlı ticarət obyektində realizə olunması barədə əməliyyat məlumatı daxil olub.

6 avtomobildən oğurluq edənin əlləri qandallanıb

7 Mart 2018 14:58

Avtomobillərə qənim kəsilən Bakı şəhər sakini ələ keçib. DİN-dən “Olaylar”a verilən məlumata görə, Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən ilin dekabr ayından cari ilin fevral ayınadək olan müddətdə rayon ərazisində 6 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ramil Hacıyev saxlanılıb.

Cəllabad sakinini çəkiclə qətlə yetirən yaxalanıb

7 Mart 2018 14:57

Cəlilabad rayonunun Musalı kəndində yaşayan Siruz Nəsirovu qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, martın 2-də Cəlilabad rayonunun Musalı kəndində yaşayan Siruz Nəsirov yaşadığı evdən çıxaraq geri qayıtmayıb. Martın 5-də S.Nəsirovun üzərində zorakılıq əlamətləri olan meyiti Ləkin kəndinin otlaq sahəsində tapılıb.

Avtomobillə piyadanı vurub qaçan qadın saxlanıb

7 Mart 2018 14:56

Yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmaqda şübhəli bilinən Bakı şəhər sakini saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 5-də Sərhad Şahpələngovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmaqda şübhəli bilinən “Nissan” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Cəmilə Həsənova saxlanılıb. Araşdırma aparılır.

Avtomobil vuran piyada hadisə yerində ölüb

7 Mart 2018 14:55

Qazax rayonunun İkinci Şıxlı kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a veriln məlumata görə, martın 7-də saat 1 radələrində Qazax rayonunun İkinci Şıxlı kəndində rayon sakini Bilal Mustafayev idarə etdiyi “QAZ-31029” markalı avtomobillə yolu keçən kənd sakini Əmir Musayevi vurub.

Məhkəmə AzTV sədrinin 4,5 milyon manatlıq iddiasını icraata qəbul edib

7 Mart 2018 12:13

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri"QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Azərbaycanda adam öldürmüş şəxs ölkədən qaçarkən tutuldu

6 Mart 2018 17:51

Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən cinayət törətdiklərinə görə  axtarışda  olan şəxslərin aşkarlanması istiqamətində tədbirlər davam etdirilir. DSX xəbər verir ki, 2018-ci ilin 5 mart tarixində “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycan Respublikasından Gürcüstana keçərkən, 2017-ci ildə ölüm hadisəsi törətməkdə şübhəli bilindiyinə görə barəsində  axtarış elan  olunmuş 11.11.1983-cü il təvəllüdlü, Rusiya vətəndaşı  Mamedov İntiqam Novruz oğlu Dövlət Sərhəd Xid­mətinin əməkdaşları tərəfindən saxlanılaraq DİN Tovuz rayon polis şöbəsinə təhvil verilib.

Bakıda aptek sahibi məhkəmə zalında həbs edildi

6 Mart 2018 16:26

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində psixotrop maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Şahin Qurbanov və Cavidan Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Külli miqdarda malların qanunsuz yolla ölkəyə keçirilməsinin qarşısı alınıb

6 Mart 2018 16:11

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda malların gömrük sərhədindən düzgün bəyan etməməklə və gizlədərək keçirilməsinə cəhdin qarşısını alıblar.

Şahmat məktəbindən 10 kompüter oğurlanıb

6 Mart 2018 16:07

Oğurluqda şübhəli bilinən Zərdab rayon sakini saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, martın 5-nə keçən gecə Zərdab rayonundakı Şahmat məktəbinin anbarından 10 ədəd kompyuter oğurlanıb. Zərdab RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Emil Qasımov saxlanılıb.

Bərdədə soyğunçuluqla məşğul olan şəxs saxlanıb

6 Mart 2018 16:07

Soyğunçuluqda şübhəli bilinən Bərdə rayon kənd sakini yaxalanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, martın 1-də Bərdə rayon sakini Musa Qurbanovun 180 manatını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Güloğlular kənd sakini Eldəniz İsayev Bərdə RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

100 kq mis oğurlayan ələ keçib

6 Mart 2018 16:02

Oğurluqda şübhəli bilinən Yevlax rayon sakini tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 23-də Elnur Hümbətova məxsus sexdən 100 kiloqram mis oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini Ceyhun Əliyev saxlanılıb. Araşdırma aparılır.

Evdən 17 min manat pul oğurlayan qadın saxlanıb

6 Mart 2018 15:27

Ağstafa rayonunda yerləşən evlərdən birindən oğurluq edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, rayon ərazisindəki evlərin birindən 15 572 manat və 800 ABŞ dolları oğurlanıb.