Azərbaycanlı biznesmen Rusiyada intihar etdi -  Külli miqdarda borcu olub

Rusiyanın Saxalin vilayətində Azərbaycan vətəndaşı intihar edib.

Azərbaycan vətəndaşı 30-35 yaşlı Məmmədov Elşən Fəxrəddin oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

Əslən Azərbaycanın Tovuz rayonunun Düz Qırıqlı kəndindən olan Elşən Məmmədov Saxalində ticarətlə məşğul olub.

Məlumata görə, onun intihar etməmişdən öncə yazdığı məktub hadisə yerindən tapılıb. E. Məmmədovun külli miqdarda borcunun olduğu və bu səbəbdən canına qəsd etdiyi bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31