Kriminal
Hüquqşünas dələduzluqda ittiham edildi
Tağı Hüseynov dələduzluqda ittiham olunur. Bu barədə Şəki şəhər sakini Səadət Vəkilova məlumat verib. Şikayətçi bildirib ki, 2 il öncə yaranmış mülki problemlə əlaqədar Tağı Hüseynovdan kömək istəyib. O ailənin Şəki şəhərində yaşamasına baxmayaraq, problemin onların xeyrinə həll edilməsini öhdəsinə götürüb:
“Rəşadın həbsdən çıxmağını gözləyirəm” - Oğlu ölən ata
Bakı Ağır Cinayətlər Məhkəməsində əmisi oğlunu öldürməkdə təqsirləndirilən Rəşad İsgəndərovun məhkəməsi keçirlib. Hakim Mayıl Bayramovun icraatında olan prosesdə R.İsgəndərov ifadə verərək hadisənin necə baş verdiyini danışıb: "Pərvizlə mən Bakya işləməyə gəlmişdik. Türkan qəsəbəsində fəhləlik edirdik. Bir gün günorta yeməyində araq da içdik. Həmin vaxt söhbət edən də Pərviz "mənim sənə çox xeyrim dəyib" dedi. Mən isə razılaşmadım və özümün ona daha çox xeyir verdiyimi dedim. Buna görə mübahisə etdik və birlikdə marketə siqaret almağa getdik. Bu vaxt Pərviz məni söydü, nar kəsmək üçün götürdüyüm bıçaqla ona bir zərbə vurdum, ürəyindən dəydi. O yerə yıxıldı, ikimiz də sərxoş idik, həmin vaxt da nə baş verdiyini bilmədim. Təcili yardım gələnə kimi o öldü. Çox peşmanam".
Oğrunun digər əməlləri də ifşa edilib
Oğurluq etdiyinə görə tutulmuş şəxsin digər əməlləri də ifşa edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Azər Osmanovun ətrafında Suraxanı RPİ 33-cü PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 22-dən martın 3-dək olan müddətdə 3 avtomobildən pul və akkumulyator oğurlaması da müəyyən edilib. Araşdırma aparılır.
Yevlax sakinini döyərək avtomobilini almaq istəyənlər tutulublar
Yevlax rayon sakinini döyərək avtomobilini almaqda şübhəli bilinən şəxslər saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, martın 10-da Yevlax şəhərində rayon sakini Məhərrəm Qasımovun idarə etdiyi “VAZ-21011” markalı avtomobilinə sərnişin qismində oturmuş naməlum şəxslər onu döyüb avtomobildən düşürərək qeyd edilən nəqliyyat vasitəsində hadisə yerini tərk edib.
Sumqayıtda avtomobil toqquşub- 2 nəfər ölüb
Sumqayıt şəhərinin Koroğlu küçəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, martın 12-də saat 2 radələrində Sumqayıt şəhərinin Koroğlu küçəsində Qubadlı rayon sakini Şamil Həsənovun idarə etdiyi “Hyundai” və şəhər sakini Eldar Həsənovun idarə etdiyi “OKA” markalı avtomobillər toqquşub. Nəticədə E.Həsənov və sərnişini, həmyerlisi Vüsal Quliyev hadisə yerində ölüb. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.
Qadının pulqabısını oğurlayan ələ keçib
Oğurluq etdiyinə görə tutulmuş şəxsin törətdiyi digər cinayət əməli də müəyyən edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Hicran Qurbanovun ətrafında Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il sentyabrın 1-də A.Kərimovanın içərisində 5500 manat və 1900 ABŞ dolları olan pulqabısını oğurlaması da müəyyən edilib.
Qadına xəsarət yetirən sürücü saxlanıb
Yol-nəqliyyat hadisəsi törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 10-da İradə Rəhimovanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “VAZ-2106” markalı avtomobilin sürücüsü saxlanılıb. İlkin araşdırma zamanı onun Sumqayıt şəhər sakini Mübariz Əsgərov olduğu müəyyən edilib. Araşdırmalar davam etdirilir.
Qadını tapança ilə hədələyənin əlləri qandallanıb
Bakı şəhər sakinindən odlu silah götürülüb. DİN-dən “Olaylar”a verilən məlumata görə, martın 11-də Bakı şəhər sakini Svetlana Zöhrabova Xətai RPİ-nin 34-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, martın 10-da əri, əvvəllər məhkum olunmuş Poladın anası Zümrüd Paşayevanın yaşadığı evə gedərək tapança ilə onu hədələməsini bildirib. 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində P.Zöhrabov saxlanılıb, ondan tapança və 5 ədəd patron götürülüb.
Məmuru aldadan 5 il azadlıqdan məhrum edildi
Bakı Ağır Cinayətlər Məhkəməsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinin rəhbər şəxslərindən olan Ramin babayev və onun həyat yoldaşını aldatmaqda ittiham olunan Ayaz Məhərrəmova hökm oxunub. Məlumata görə, CM-nin 178-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinən Ayaz Məhərrəmov 5 il azadlıqdan məhrum edilib.








.jpg)





