Ev sahibi yanğında həlak oldu

Qubada ölümlə nəticələnən yanğın hadisəsi baş verib. “Olaylar” FHN-ə istinadən xəbər verir ki, rayonun Aşağı Atuc kəndində birmərtəbəli binada ümumi sahəsi 12 m2 olan otağın tavanı (taxta və palçıqdan ibarət) yanaraq çöküb.

Qubada ölümlə nəticələnən yanğın hadisəsi baş verib. "Olaylar" FHN-ə istinadən xəbər verir ki, rayonun Aşağı Atuc kəndində birmərtəbəli binada ümumi sahəsi 12 m2 olan otağın tavanı (taxta və palçıqdan ibarət) yanaraq çöküb. Yanğının kəşfiyyatı zamanı ev sahibi, 1949-cu il təvəllüdlü Əlpaşayev Fazil Məhəmməd oğlunun cəsədi aşkar olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31