Zorla qadından telefonu alan şəxs ələ keçib
Soyğunçuluqda şübhəli bilinən paytaxt sakini saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, martın 12-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində naməlum şəxs Bakı şəhər sakini E.Quliyevaya zor tətbiq edib mobil telefonunu almışdır.
13 Mart 2018 15:42 KriminalSoyğunçuluqda şübhəli bilinən paytaxt sakini saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, martın 12-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində naməlum şəxs Bakı şəhər sakini E.Quliyevaya zor tətbiq edib mobil telefonunu almışdır. Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Əziz Paşayev saxlanılmışdır. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31