Kriminal

Mühasibat otağından pul oğurlayan tutulub

14 Mart 2018 13:00

Sumqayıtda dövlət müəssisəsindən oğurluq olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt şəhər sakini T.Novruzovanın içərisində 2000 manat və sənəd olan çantasını oğurladığına görə tutulmuş Hicran Qurbanovun ətrafında Sumqayıt polisi tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 18-dən fevralın 20-dək olan müddətdə A.Alıyarovaya məxsus çantadan, şəhər Memarlıq və Şəhərsalma İdarəsinin mühasibat otağından pul oğurlaması da müəyyən edilib.

İŞİD-ə qoşulan azərbaycanlı 9 il azadlıqdan məhrum edildi

13 Mart 2018 17:22

İŞİD-in tərkibində döyüşməkdə ittiham olunan Həsrət Əliyevə hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyilə çıxarılan hökmə əsasən, Həsrət Əliyev 9 il azadlıqdan məhrum edilib. Məlumata görə, Həsrət Əliyev məhkəmədə çıxışında əməlindən peşman olduğunu bildirib.

Silsilə oğurluq edən şəxslər saxlanıb

13 Mart 2018 17:10

Oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 10-da rayon ərazisindəki evlərin birindən 21 manat, mobil telefon və geyim əşyaları oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar Bakı şəhər sakini Səfail Şahbazov və Sabirabad rayon sakini Lamin Abışov saxlanılıblar.

Keçmiş məhkumdan marixuana götürülüb

13 Mart 2018 17:09

Siyəzən rayon sakini Pərviz Əliyevdən 475 qr marixuana götürülüb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən Siyəzən rayonunun Qızılburun stansiyası ərazisində rayon sakini, əvvəllər məhkum olunmuş Pərviz Əliyevdən 475 qram marixuana götürülüb.

Zorla qadından telefonu alan şəxs ələ keçib

13 Mart 2018 15:42

Soyğunçuluqda şübhəli bilinən paytaxt sakini saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, martın 12-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində naməlum şəxs Bakı şəhər sakini E.Quliyevaya zor tətbiq edib mobil telefonunu almışdır.

Piyadanı vurub qaçan sürücü yaxalanıb

13 Mart 2018 15:41

Yol-nəqliyyat hadisəsi törətməkdə şübhəli bilinən Qubadlı rayon sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, martın 11-də Sumqayıt şəhər sakini Mehman Hüseynovun xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə məlumat daxil olub.

Dələduzluğa görə axtarışda olan kişi qadını və özünü yandırmaq istədi

13 Mart 2018 14:08

Martın 12-də DİN-in "102 Zəng Mərkəz" Xidmətinə Sumqayıt şəhəri 3-cü məhəllənin ərazisində bir kişinin qadının üzərinə benzin tökərək yandırmaq istədiyi barədə məlumat daxil olub.

Ev sahibi yanğında həlak oldu

13 Mart 2018 12:51

Qubada ölümlə nəticələnən yanğın hadisəsi baş verib. “Olaylar” FHN-ə istinadən xəbər verir ki, rayonun Aşağı Atuc kəndində birmərtəbəli binada ümumi sahəsi 12 m2 olan otağın tavanı (taxta və palçıqdan ibarət) yanaraq çöküb.

Ölkəyə qanunsuz telefon gətirilməsinin qarşısı alınıb

13 Mart 2018 11:51

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük nəzarəti həyata keçirilib.

Nigar Arpadarainin atasının bağ evini yardılar

13 Mart 2018 09:42

Bakıda Cavid Arpadarai adlı şəxsin bağ evindən oğurluq olub. Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşları oğurluqda şübhəli bilinən şəxsi saxlayıb. Bağ evindən hansı məbləğdə pulun və qiymətli əşyaların oğurlandığı açıqlanmır.