Kriminal
Sumqayıtda iki nəfərin ölümünə səbəb olan sürücü həbs edilib
Sumqayıt şəhərinin polis və prokurorluq əməkdaşları tərəfindən şəhər ərazisində sərxoş halda yol nəqliyyat hadisəsi törədərək insan ölümünə səbəb olan sürücünün cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri tədbirlər görülüb.
5 yaşlı qızını dəcəllik etdiyi üçün öldürdü - QANDONDURAN CİNAYƏT
Rusiyanın Soçi şəhərində baş vermiş dəhşətli qətlin üstü açılıb. Rusiya KİV-i xəbər verir ki, 28 yaşlı Murad Mirzə oğlu Şahmirzəyev 5 yaşlı qızı Veronikanı bıçaqla öldürdükdən sonra Abxaziyaya qaçmaq istəyərkən saxlanılıb. Məlumata görə, evdə dəcəllik edən Veronikaya bir neçə bıçaq vuran Mirzə onun meyitini şəhər kənarına apararaq basdırıb. Sonra isə polis idarəsinə gedərək qızının itkin düşdüyünü bildirib.
Cinayət törədən 18 nəfər saxlanıb
Ötən gün ərzində Respublikanın daxili işlər orqanları tərəfindən 89 cinayət faktı qeydə alınıb, onların da 16-sı “isti izlər”lə açılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.
DTX insan orqanı alveri ilə məşğul olan dəstəni ifşa etdi: Həbs edilən var
Murad Şahmirzəyev 5 yaşlı qızlığını öldürdüyünü etiraf etdi
“Topaz”dan oğurluq edənin əlləri qandallanıb
Bakıda oğurluqla məşğul olan şəxs tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Elçin Rəşidovun ətrafında Nərimanov RPİ 18-ci PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri ilə onun yanvarın 24-də rayon ərazisindəki “Topaz” mərc oyunları məntəqələrininin birindən videokamera, televizor, 2 noutbuk və 50 ədəd lotoreya bileti oğurlaması da müəyyən edilib.
Dələduzun digər əməlləri də ifşa edilib
Dələduzluq etdiyinə görə tutulmuş şəxsin digər əməlləri də ifşa olunub. DİN-dən “Olaylar”a verilən məlumata görə, dələduzluq etdiyinə görə tutulmuş Ceyhun Quliyevin ətrafında Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il dekabrın 12-də paytaxt sakini Ş.Əliyevanın içərisində 575 manat olan pulqabısını oğurlaması da müəyyən edilib.
Bakıda evi qarət edən şəxs ələ keçib
Narkotik vasitə ilə tutulmuş şəxsin evlərdən oğurluq etməsi də müəyyən edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, narkotik vasitə ilə tutulmuş Seymur Zeynalovun ətrafında Sabunçu RPİ 12-ci və 13-cü PB-lərin əməkdaşları tərəfindən aparılmış tədbirlərlə onun fevralın 6-da rayon ərazisindəki evlərin birindən 2 televizor, noutbuk, müşahidə videokamerası və 5 qol saatı oğurlaması da müəyyən edilib.
Qadını şantaj edib pul alan şəxs tutulub
Paytaxt Bakıda qadını şantaj edəm şəxs saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Bakı şəhər sakini Yaqub Zalov paytaxt sakini Z.Vəliyeva (ad- soyad şərtidir) barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 5100 manat almışdır.
Ev oğrusunun üzərindən tiryək çıxdı
Ağdaş rayonnda oğurluqla məşğul olan şəxs tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 29-da rayon ərazisindəki evlərin birindən televizor, soyuducu, paltaryuyan maşın, DVD, tozsoran, 5 çılçıraq, 2 kreslo, 2 xalça, 2 peyk antenası və digər məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, quldurluq etdiyinə görə əvvəllər məhkum olunmuş Səbuhi Nəbiyev saxlanılıb.Üzərinə şəxsi baxış zamanı ondan 2,36 qram tiryək götürülüb.
Qobustanda maşın oğrusu saxlanıb
Qobustan şəhərinin ərazisindən avtomobili qaçırmaqda şübhəli bilinən şəxs saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, martın 12-də Qobustan şəhərinin ərazisindən rayon sakini Tural Zahidova məxsus “Niva” markalı avtomobil qaçırılmış və həmin gün şəhərin ərazisində əzilmiş vəziyyətdə tapılıb.
Sosial şəbəkədə 200 nəfəri aldadaraq pulunu mənimsəyən şəxs tutulub
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən informasiya texnologiyalarından istifadə edilməklə törədilən kibercinayətlərlə mübarizə, onların qarşısının alınması və ifşa edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.
Daxili orqanında narkotik vasitələr keçirmək istədi
Narkotik vasitələrin gömrük nəzarətindən yayınmaq üçün ən çirkin üsullardan istifadə etməklə ölkə ərazisinə gətirilməsilə bağlı daha bir fakt qeydə alınıb. Bu xoşagəlməz hal Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda baş verib.
Xaçmazda 10 yaşlı uşaq qardaşını güllələyib
Xaçmaz rayonunda 10 yaşlı E.Şıxıyev tüfənglə ehtiyatsız davrandığından açılmış atəşlə qardaşına xəsarət yetirib. DİN-dən “Olaylar”a verilən məlumata görə, hadisə martın 13-də Xaçmaz rayonunun İlxıcı kəndində baş verib. Kənd sakini, 10 yaşlı Emil Şıxıyev yaşadığı evdə tüfənglə ehtiyatsız davrandığından açılmış atəşlə qardaşı, 13 yaşlı Rəvanın bud nahiyəsinə xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş yaralının vəziyyəti qənaətbəxşdir. Xaçmaz RPŞ-nin əməkdaşalrı tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “TOZ-20” markalı ov tüfəngi və giliz götürülüb.














