Kriminal
Piyadanı vurub qaçan sürücü tutulub
Paytaxtın Nizami rayonu ərazisində piyadanı vuran sürücü aradan çıxıb. DİN-dən “Olaylar"a verilən məlumata görə, martın 13-də saat 23 radələrində paytaxtın Nizami rayonunun M.Şərifli küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Tofiq Sarıyev vurulmuşdur.
Sabirabad sakinindən odlu silah götürülüb
Tovuz sakinindən narkotik vasitə götürülüb
Tovuz rayon sakini V.Aslanovdan 498 qram marixuana götürülüb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yuxarı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş Vidadi Aslanovdan 498 qram marixuana götürülüb.
Evlərə qənim kəsilənlər ələ keçiblər
Qobustan qəsəbəsindəki evlərin birindən pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. DİN-dən “Olaylar”a verilən məlumata görə, Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 12-də Qobustan qəsəbəsindəki evlərin birindən 845 manat pul və 1500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Nahid Həmidov və Amil Nəcəfli saxlanılmışlar.
Daxili orqanından psixotrop maddə çıxdı
İki qardaşı Bakıda qul kimi işlədənlərə şərti cəza verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində uzun illər Azərbaycanda yaşlı qardaşları istismar etməkdə və insan alverində ittiham olunan Tofiq Rzayev və onun qardaşı oğlu Vüqar Rzayevin cinayət işi üzrəməhkəmə prosesi yekunlaşıb.
Ağstafa sakininin həyətindən 12 ədəd raket tapıldı
Ağstafa rayonu, Saloğlu qəsəbəsində raket tapılıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Ağstafa rayonu, Saloğlu qəsəbəsində mərminin tapılması barədə məlumat daxil olub.
Gömrükçülər bir milyon saxta aksiz markasını saxladılar
Gömrük əməkdaşları külli miqdarda saxta aksiz markasının Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısını alıblar.
Məhkəmə MTN generallarına hökm oxumaq üçün müşavirəyə gedib
Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri, generallar Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Oğlan intim təklifinə "yox" deyən sinif yoldaşının başını kəsdi
29 yaşlı qadın keçmiş sevgilisinin intim əlaqədə olmaq təklifini rədd etdiyinə görə vəhşicəsinə qətlə yetirilib. Ukraynanın Odessa vilayətində oğlan cinsi əlaqədə olmaq təklifinə "yox" deyən keçmiş sevgilisinin başını kəsib, zinət əşyaları ilə birlikdə basdırıb.
Prokuror BŞBPİ-nin mətbuat xidmətinin rəhbərinin oğluna 8 il cəza istədi
"Ərimi öldürdüm, həyətdə basdırdım"- Qadın dustaq-VİDEO - FOTO
"Yalvardı 3 uşağım var, 1-2 il yatacaqsan" - 150 manata görə 12 bıçaq vurdu
150 manata görə tanışına 12 bıçaq vurmaqda təqsirləndirilən Əliyev İlham Məmməd oğlu və Əlizadə Vüqar Bayraməli oğlunun cinayət işi üzrə məhkəmə davam edib. Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə Vüqar Əlizadənin anası Tünzalə Əliyeva şahid qismində dindirilib.
Gürcüstanın iki azərbaycanlı vətəndaşı cinayət məsuliyyətinə cəlb olunub
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Korrupsiyaya Qarşı Mübarizə Agentliyi operativ istintaq tədbirləri nəticəsində Dmanisi bələdiyyəsinin Amamlo kəndindəki keçmiş nümayəndəsi Mübariz M. adlı şəxsi cinayət məsuliyyətinə cəlb edib.














.jpg)