Kriminal
İki gündə 36 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
Martın 17-18-də ümumi çəkisi 36 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, o cümlədən 3 kiloqramdan çox heroin, 6 kiloqramdan artıq tiryək, 26 kiloqram isə marixuana götürülərək dövriyyədən çıxarılıb.
52 kq heroinin Avropaya daşınmasının qarşısı alınıb
Azərbaycan gömrükçüləri Avropaya daşınması nəzərdə tutulan külli miqdarda narkotik vasitənin ölkənin gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, İran vətəndaşı Arjomandzadeh Gholamreza Mohammad Alı idarə etdiyi "Renault" markalı, 37B527/8-10 nömrəli yük nəqliyyat vasitəsilə İrandan Azərbaycan ərazisindən tranzit keçməklə Niderland Krallığına "kiçik ölçülü transformatorlar" yükünü apararkən Astara Gömrük İdarəsinin idxal nəzarət xəttində saxlanılıb.
İki narkotacir axtarışa verilib
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir. DSX-nın Mətbuat Mərkəzindən verilən məlumata görə, 2018-ci ilin 17 mart tarixində DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində külli miqdarda narkotik vasitəsinin ölkə ərazisinə qanunsuz yolla gətirilməsinin qarşısı alınıb.
Lənkəranda ŞOK OLAY: ata oğlunun boğazını belə kəsdi
Bakıda sərnişin avtobusu qəzaya düşüb: yaralananlar var
Fədayə Laçından yeni xəbər
Artıq 3 aydır ki, həbs həyatı yaşayan müğənni Fədayə Laçının bayram ərəfəsində həbs qəti imkan tədbirinin dəyişiləcəyi gözlənilirdi. Ancaq gözlənildiyi kimi olmadı. Müğənni bu bayramı da barmaqlıqlar arasında qeyd edəcək. Müğənninin vəkili Türkel Süleymanlı müğənninin hazırkı vəziyyətindən danışıb:
Moskvada 1 milyon dollarlıq oğurluq edən iki Azərbaycan vətəndaşı tutulub
Rusiyada zərgərlik mağazasından 882 min 431 min dollar məbləğində qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. İnsidentlə əlaqədar saxlanılan hər iki şəxsin Azərbaycan vətəndaşları olduğu bildirilir. Hazırda dəstənin digər üzvləri axtarılır.
Meyxanaçı Samirə intihara cəhd edib
Lotu Quli Moskvadakı həbsxanaya kimə görə zəng edib? – ŞOK DETALLAR
Moskvada yerləşən və Avropanın ən böyük meyvə-tərəvəz bazası “Fud-Siti” uğrunda krminal vəziyyət ən kəskin məqamına çatıb. Hər gün sübh tezdən hava qaralanədək bazarın həndəvərində "Lotu Quli"yə yaxın onlarla şəxs növbə çəkir. Onlar bazadakı bütün iri və orta səviyyəli iş adamlarına kimə xərac verəcəkləri ilə bağlı xəbərdarlıq edirlər. Məlumata görə, bazada bir sıra maliyyə kanallarına nəzarət edən və Rövşən Lənkəranskinin qohumu kimi tanınan Zaur Əhmədov də mövqelərini itirməkdədir. Hazırda Zaurun 6 nəfər mühafizəçiylə gəzdiyi bildirilir. O, həmin mühafizəçilərlə birgə bazadakı ofisinə gəlir və gecə saatlarında da oranı tərk edir.
Bakıda KÜTLƏVİ DAVA - Bıçaqlananlar var
Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən kütləvi dava olub. Hadisə Nəsimi rayonu, Bülbül prospektində qeydə alınıb. "Nizami" Kino Mərkəzinin qarşısındakı səkidə 6 nəfər arasında əlbəyaxa dava düşüb. Dava zamanı Məmmədov Emin Mahir oğlu və Kişiyev Fərid Cəlil oğlu qarın və kürək nahiyələrindən bıçaqlanıblar. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Ziya Məmmədovun qardaşı oğluna maşın təkilf olundu - MƏHKƏMƏDƏ
Dələduzluqda təqsirləndirilən tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun məhkəməsi davam edib. Məlumata, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrlik etdiyi prosesdə zərərçəkmiş Elnur Məmmədovun (Ziya Məmmədovun qardaşı oğlu) prosesə gəlmədiyi elan edilib.
“AtraBank”ın İdarə Heyətinin sabiq sədri barəsində cinayət işi məhkəməyə göndərilib
Baş Prokurorluq Maliyyə Bazarlarına Nəzarət Palatası və Əmanətlərin Sığortalanması Fondu ilə əlaqəli şəkildə ləğvetmə prosesində olan bankların korrupsiya hüquqpozmaları törətmiş vəzifəli şəxslərinin ifşa edilməsi istiqamətində ardıcıl tədbirlərin icrasını davam etdirir.
Məhkəmə 5 nəfərin ölümündə təqsirləndirilən sürücüyə bəraət verdi
Şirvan Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Eldar Aslanovun barəsində verilən şikayət üzrə məhkəmə prosesi başa çatıb.
Silsilə oğurluqla məşğul olan şəxs ələ keçib
Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki evlərin birinin həyətindən oğurluq etməkdə şübhəli bilinən V.Novruzov saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, martın 13-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki evlərin birinin həyətindən su qızdırıcısı, təmir-tikinti aləti, 2 ədəd pəncərə və qapı çərçivəsi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Vahid Novruzov Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.
Paytaxtda cibgir saxlanıb
Metronun “28 May” stansiyasında cibgirliklə məşğul olan şəxs saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 2-də metronun “28 May” stansiyasının platformasında Lerik rayon sakini Fatimə Məmmədzadənin cibindən mobil telefon oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Valeh Nəcəfov saxlanılmışdır.














