Narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar ötən il 44 əcnəbi cinayət məsuliyyətinə cəlb olunub
Azərbaycanda keçən il ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 44 əcnəbi cinayət məsuliyyətinə cəlb edilib. Məlumata görə, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda aidiyyəti qurumların təqdim etdikləri illik hesabatlar əsasında hazırladığı “Azərbaycan Respublikasında Narkotiklərə nəzarət sahəsində 2017-ci ilə dair Ölkə Məruzəsi”ndə əksini tapıb.
19 Mart 2018 17:55 KriminalAzərbaycanda keçən il ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 44 əcnəbi cinayət məsuliyyətinə cəlb edilib. Məlumata görə, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda aidiyyəti qurumların təqdim etdikləri illik hesabatlar əsasında hazırladığı "Azərbaycan Respublikasında Narkotiklərə nəzarət sahəsində 2017-ci ilə dair Ölkə Məruzəsi"ndə əksini tapıb.
Cinayət məsuliyyətinə cəlb olunan əcnəbilərdən 23 nəfər İran, 10 nəfər Rusiya, 6 nəfər Gürcüstan, 2 nəfər Türkiyə, 2 nəfər Qazaxıstan, 1 nəfər Əfqanıstan vətəndaşıdır. Cinayət məsuliyyətinə cəlb edilmiş əcnəbilərdən 140 kiloqramdan artıq müxtəlif narkotik vasitələr götürülüb. Apa.az