İki narkotacir axtarışa verilib

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir. DSX-nın Mətbuat Mərkəzindən verilən məlumata görə, 2018-ci ilin 17 mart tarixində DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində külli miqdarda narkotik vasitəsinin ölkə ərazisinə qanunsuz yolla gətirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir. DSX-nın Mətbuat Mərkəzindən verilən məlumata görə, 2018-ci ilin 17 mart tarixində DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində külli miqdarda narkotik vasitəsinin ölkə ərazisinə qanunsuz yolla gətirilməsinin qarşısı alınıb. Martın 17-də saat 19:50 radələrində Horadiz sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 1 nəfər şəxs sərhəd naryadı tərəfindən müşahidə olunub. Sərhəd naryadının "dayan" əmrinə tabe olmayan sərhəd pozucusu geriyə qaçmağa cəhd göstərmiş, havaya xəbərdarlıq atəşi açıldıqdan sonra saxlanılıb. Sərhəd pozucusunun üzərinə baxış keçirilərkən 2 bağlamada 25 kq 500 qram narkotik vasitəyə oxşar maddə, 1 ədəd "Samsung" markalı mobil telefon, 1 ədəd bıçaq aşkar olunub.Sərhəd pozucusunun Saatlı rayonunun sakini 1991-ci il təvəllüdlü Hüseynov Əsgər Soltanəli oğlu olması, onun 14 mart tarixində Biləsuvar SNM-dən keçməklə İran İslam Respublikasına getməsi müəyyən edilib.Təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində narkotik vasitələrin qaçaqmalçılığında iştirakda şübhəli olan daha 3 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyəti müəyyən edilib və barələrində axtarış elan olunub. Martın 19-da həmin şəxslərdən biri - Füzuli rayonu Böyük Bəhmənli kənd sakini, 1973-cü il təvəllüdlü Məmmədov İlham Elman oğlu şübhəli şəxs qismində saxlanılıb. Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31