Kriminal

Masallıda baş verən güllələnmənin TƏFƏRRÜATI: qəbirstanlıqda qarşısını kəsib

24 Mart 2018 11:03

Masallı rayonunda ötən axşam bir neçə güllə yarası alan şəxs Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə keçirilib. Masallı rayonunun Qızlavar kənd sakini 1953-cü il təvəllüdlü Ağəddin Nuru oğlu Ağayevin üzərində cərrahiyyə əməliyyatı 7 saata yaxın davam edib. Onun bədənindən 4 ədəd güllə çıxarılıb. Reanimasiya şöbəsinə yerləşdirilən A.Ağayevin vəziyyəti ağır olaraq qalır.

Gömrükdən 36 kq qızıl keçirmək istədi, tutuldu

24 Mart 2018 10:41

Gürcüstan-Türkiyə sərhədində yerləşən "Sarpi" buraxılış məntəqəsində Gürcüstan ərazisinə 36 kiloqram qızıl və 4 kiloqram gümüş məmulatları keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb.

Azərbaycan çempionu bıçaqlandı

22 Mart 2018 19:27

Taekvondo üzrə Azərbaycan çempionu İsmayılov Səbuhi Cəfər oğlu bıçaqlanıb. Hadisə ötən gecə Abşeron rayonunun Mehdiabad qəsəbəsində baş verib.

12 kiloqram narkotikin qaçaqmal yolu ilə ölkəyə gətirilməsinin qarşısı alındı

22 Mart 2018 11:04

Martın 20-də Astara rayonu istiqa­mətində naməlum üzmə vasitəsinin Azərbaycanın sərhəd su­­la­rına daxil olması müəyyən edil­ib. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, üzmə vasitəsinin hərəkətləri nəzarətdə saxlanılmaqla, həmin istiqa­mətdə dövlət sərhədinin müha­fi­zə­sində olan sər­həd gözətçi gəmisinə müvafiq tapşı­rıqlar veril­ib, sahil xətti boyu ərazilərdə baxış qrupları tərəfindən həssas nöq­tələrdə xidmət təşkil olunub.

Qardaşdan bacısına qarşı ŞOK ƏMƏL - Tərtərdə

20 Mart 2018 13:20

Tərtər rayonunda qısqanclıq zəminində bacısının öldürməyə cəhd etməkdə təqsirli bilinən 1996-cı il təvəllüdlü Taleh Alızadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

İki şagird narkotik dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilib

19 Mart 2018 17:57

Keçən il ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 2 min 487 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Məlumata görə, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda aidiyyəti qurumların təqdim etdikləri illik hesabatlar əsasında hazırladığı “Azərbaycan Respublikasında Narkotiklərə nəzarət sahəsində 2017-ci ilə dair Ölkə Məruzəsi”ndə əksini tapıb.

Narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar ötən il 44 əcnəbi cinayət məsuliyyətinə cəlb olunub

19 Mart 2018 17:55

Azərbaycanda keçən il ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 44 əcnəbi cinayət məsuliyyətinə cəlb edilib. Məlumata görə, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda  aidiyyəti qurumların təqdim etdikləri illik hesabatlar əsasında hazırladığı “Azərbaycan Respublikasında Narkotiklərə nəzarət sahəsində 2017-ci ilə dair Ölkə Məruzəsi”ndə əksini tapıb.

Silsilə oğurluqla məşğul olan şəxslər saxlanıblar

19 Mart 2018 17:01

Silsilə oğurluqla məşğul olanlar saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə paytaxt ərazisində məktəbdən, kompyuter salonlarından oyun və məişət əşyaları, yol kənarlarından elektrik avadanlıqları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Bakı sakinindən silah-sursat götürülüb

19 Mart 2018 17:00

Bakı şəhər sakinindən silah-sursat götürülüb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Məhəmməd Dəmirov saxlanılıb. Şəxsi axtarış zamanı ondan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron aşkar edilib. Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb.

“Mersedes” yolu keçən piyadanı vurub öldürüb

19 Mart 2018 16:59

Cəlilabad rayonunun Göytəpə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, martın 18-də saat 21 radələrində Cəlilabad rayonunun Göytəpə şəhərində Masallı rayon sakini Eyvaz Rzayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən rayon sakini Elşən Abıyevi vurmuş və nəticədə piyada hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bakıda civə satmaq istəyən “iş başında” yaxalandı

19 Mart 2018 16:54

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Xəzər rayonunun Binə qəsəbəsi ərazisində bir nəfərin civə satmaq istəməsi barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyindən “Olaylar” verilən məlumata görə, baş idarənin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs civəni 5000 manata satarkən cinayət başında yaxalanıb.