İçkiyə görə arvadını və qızını... - ŞOK OLAYIN TƏFƏRRÜATI

Antalyada arvadını və qızını silahla qətlə yetirən Sertok Özən bir il sonra hadisəni hansı səbəbdən törətdiyini etiraf edib.

Publika.az xəbər verir ki, 54 yaşlı S.Özən həyat yoldaşı 47 yaşlı Hənifəni və 23 yaşlı qızı Əsranı alkoqol üstündə öldürdüyünü deyib:

"Mənə spirtli içki aludəçisisən deyirdilər. Bu mövzuda həyat yoldaşım və qızım çox üstümə gəlirdi. O qədər təzyiq və tənqid edirdilər ki, onlara qarşı kin bəsləyirdim. Nəhayət, bir dəfə bezdim və onların hər ikisini öldürdüm".

Daha sonra isə cinayət günün təsvir edən Serok Özən deyib ki, qızı onu görmək istəmirmiş:

"Evə gəldiyimdə qızım məni görüb öz otağına getdi. Sonra həyat yoldaşım mənə "hansı cəhənnəmdəsən", deyə sual verdiyində mübahisə etməyə başladıq. Bir müddət sonra mübahisəmiz böyüdü. Nəhayət, onları qonaq otağına çağırıb söhbət edəcəyimi dedim. Əvvəlcə qızım Əsranı sonra da arvadım Hənifəni güllələdim. Öldüklərindən əmin olandan sonra hadisə yerindən qaçdım".

Cinayətlə bağlı məhkəmə prosesinə növbəti günlərdə davam etdiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31