Avtomobili qaçıran tutulub
Avtomobil qaçırmaqda şübhəli bilinən Lənkəran rayon sakini Rövşən Kərimov saxlanılıb. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən “Olaylar”a verilən mlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən fevralın 12-də Nizami Rufullayevə məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən rayon sakini Rövşən Kərimov saxlanılıb. Aparılmış araşdırmalarla R.Kərimovun qeyd edilən avtomobilin hissələrini sökərək satması müəyyən edilib.
2 Mart 2018 17:07 KriminalAvtomobil qaçırmaqda şübhəli bilinən Lənkəran rayon sakini Rövşən Kərimov saxlanılıb. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən "Olaylar"a verilən mlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən fevralın 12-də Nizami Rufullayevə məxsus "VAZ-2107" markalı avtomobili qaçırmaqda şübhəli bilinən rayon sakini Rövşən Kərimov saxlanılıb. Aparılmış araşdırmalarla R.Kərimovun qeyd edilən avtomobilin hissələrini sökərək satması müəyyən edilib.