Keçmiş məhkumun əlləri qandallandı
Silsilə oğurluqla məşğul olan şəxs tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 23-də Zöhrab Zeynalzadəyə məxsus “Ford” markalı avtomobildən geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gülüstan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Yaşar Əlisgəndərov saxlanılıb.
1 Mart 2018 16:11 KriminalSilsilə oğurluqla məşğul olan şəxs tutulub. DİN-dən "Olaylar"a verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 23-də Zöhrab Zeynalzadəyə məxsus "Ford" markalı avtomobildən geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gülüstan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Yaşar Əlisgəndərov saxlanılıb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun ötən il dekabrın 14-dən cari il fevralın 11-dək olan müddətdə rayon ərazisində 4 "VAZ" markalı avtomobildən hava toru və benzin, 2 ədəd maqnitofon, geyim əşyaları, 1 mağaza və 1 evdən ərzaq məhsulları, su mühərriki, habelə 1 mobil telefon oğurlaması da müəyyən edilib.