Kriminal

Bakıda yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

20 Aprel 2018 14:49

Bakıda yataqxana yanıb.

Avtomobildə qanunsuz baytarlıq dərman preparatları aşkar edilib

20 Aprel 2018 14:32

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən idarənin "Sadıxlı" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi Mersedes Benz C-230 markalı avtonəqliyyat vasitəsi saxlanılıb və avtomobilə baxış keçirilib.

Məşhur mafiya başçısı öldürüldü - FOTO

20 Aprel 2018 14:08

Yunanıstanın Afina şəhərində kriminal dünyada "Bubi" ləqəbi ilə tanınan 45 yaşlı Yorqos Litsos güllələnib.

Silsilə oğurluqla məşğul olan dəstə ifşa edilib

20 Aprel 2018 13:52

Sumqayıtda avtomobillərdən silsilə oğurluqlar edən dəstə zərərsizləşdirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 18-də şəhər ərazisindəki 8 avtomobildən pul, ətir və maqnitofon oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakinləri - əvvəllər məhkum olunmuşlar Elxan İsayev, Ülvi Əliyev, həmçinin Xəyal Əlili, Taleh Ağayev və Kənan Burcalıyev saxlanılıblar.

MTN generallarına nə vaxt hökm oxunacağı açıqlanıb

20 Aprel 2018 13:31

Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri, generallar Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizova hökm oxunacaq tarix açıqlanıb.

Nəsimidə evdən 3 min manatlıq qızıl oğurlayan şəxs tutuldu

20 Aprel 2018 12:20

Bakıda evdən 3 min manatlıq qızıl oğurlayan şəxs tutulub.

“FETÖ işi” ilə əlaqədar Azərbaycanda həbs edilən Türkiyə vətəndaşı ilə bağlı DMX-yə sorğu veriləcək

20 Aprel 2018 11:53

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə axtarışda olan Mustafa Ceyhan Yaşar oğlunun öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyi və Baş Prokurorluğun təqdimatı üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə ittiham tərəfinin təqsirləndirilən şəxs haqqında Dövlət Miqrasiya Xidmətinə sorğu verilməsi barədə vəsatəti müzakirə edilib. Məhkəmə verilən vəsatəti təmin edib.

Generalın oğlunun məhkəməsində ifadəsində ziddiyyət olan şahid 200 manat cərimələnib

19 Aprel 2018 18:06

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Rüstəm Orucov, Kənan Vəliyev və Pərviz Abbasovun cinayət işi üzrə məhkəmə qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib. Prosesdə iş üzrə iki şahid dindirilib.

Poçtla göndərilən narkotik vasitə və psixotrop maddə saxlanılıb

19 Aprel 2018 17:03

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddənin poçt vasitəsilə qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsində “Olaylar”a verilən məlumata görə, gömrük əməkdaşlarının nəzarətində olan marşrut üzrə Amerika Birləşmiş Ştatlarından Azərbaycan Respublikasına - Bakı şəhərində ailəsi ilə birlikdə yaşayan Amerika vətəndaşı Heather Christine Ulrichin adına invoysda "yuyucu vasitə, əl sabunu, açar qabı, şirniyyat" göstərilən poçt bağlaması daxil olub. Həmin poçt bağlamasına Bakı Karqo Terminalında kinoloji xidmət iti tətbiq edilməklə gömrük nəzarəti keçirilib.

Avtomobil vuran piyada hadisə yerində ölüb

19 Aprel 2018 16:47

Abşeron rayonunun Digah qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, aprelin 18-də saat 23 radələrində Abşeron rayonunun Digah qəsəbəsində Mehdiabad qəsəbə sakini Aydın Kərimov idarə etdiyi “İsuzu” markalı avtomobillə yolu keçən Şəki rayon sakini Səməd Arazı vurub və nəticədə piyada hadisə yerində ölüb. Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Keçmiş MTN-in şöbə rəisi cəzaçəkmə müəssisəsinə köçürüldü

19 Aprel 2018 16:11

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi Vüsal Ələkbərov Bakı İstintaq Təcridxanasından 9 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.

Azərbaycanda dələduzluq edən şəxs İnterpol xətti ilə axtarılır

19 Aprel 2018 11:28

Azərbaycan dələduzluqda təqsirləndirilən şəxsi beynəlxalq axtarışa verib. Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. 

“Əl-qolunu bağladım ki, yoldaşıma nəsə etməsin” - Dostunu qətlə yetirən ər-arvadın məhkəməsi başladı

18 Aprel 2018 18:07

Bakı Ağır Cinayətlər Məhkəməsində qumar puluna görə dostunu öldürməkdə təqsirləndirilənlər - Eşqin Rəsulov və sevgilisi Ramella Əlmuradovanın məhkəməsi keçirilib.

Prokuror iraqlı tələbəyə qarşı quldurluq edən dəstəyə cəza istədi

18 Aprel 2018 17:11

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və quldurluqda təqsirli bilinən Elvira Ələsgərova, Çinarə Bəhlulzdə, Vahid Cəfərzadə, Fəxrəddin Hüseynov, Anar Kərimov, Fəqan Abdullayev, Nurlan Məmmədov və Kamran Vahabovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.