Oğrunun digər cinayət əməlləri də ifşa edilib

Oğurluq etdiyinə görə tutulmuş Ramiz Bayramovun Biləcəri qəsəbəsindəki 3 evdən pul və qızıl əşyalar oğurlaması da müəyyən edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Ramiz Bayramovun ətrafında DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi, Bakı şəhər BPİ Cinayət Axtarışı İdarəsi və Binəqədi RPİ 4-cü və 6-cı PB-lərinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun martın 24-dən aprelin 7-dək olan müddətdə Biləcəri qəsəbəsindəki 3 evdən pul və qızıl əşyalar oğurlaması da müəyyən edilib. Həmçinin oğurluq etdiyinə görə tutulmuş Rafiq Mirağayevin ətrafında Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il iyulun 1-dən cari il aprelin 3-dək olan müddətdə rayon ərazisindəki 3 mağazadan, 6 evdən pul, tütün məmulatı, ərzaq məhsulları və qızıl əşyalar oğurlaması da müəyyən edilib.

Oğurluq etdiyinə görə tutulmuş Ramiz Bayramovun Biləcəri qəsəbəsindəki 3 evdən pul və qızıl əşyalar oğurlaması da müəyyən edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Ramiz Bayramovun ətrafında DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi, Bakı şəhər BPİ Cinayət Axtarışı İdarəsi və Binəqədi RPİ 4-cü və 6-cı PB-lərinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun martın 24-dən aprelin 7-dək olan müddətdə Biləcəri qəsəbəsindəki 3 evdən pul və qızıl əşyalar oğurlaması da müəyyən edilib. Həmçinin oğurluq etdiyinə görə tutulmuş Rafiq Mirağayevin ətrafında Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il iyulun 1-dən cari il aprelin 3-dək olan müddətdə rayon ərazisindəki 3 mağazadan, 6 evdən pul, tütün məmulatı, ərzaq məhsulları və qızıl əşyalar oğurlaması da müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31