Hüseyn Abdullayev saxlanılaraq Azərbaycana gətirildi
23 Aprel 2018 06:32 SosialBir neçə ildir ki, Almaniyada yaşayan keçmiş deputat və biznesmen, "Quska" ləqəbli Hüseyn Abdullayev həbs edilərək Azərbaycana gətirilib.Bu barədə "Qafqazinfo"ya özəl mənbələrdən məlumat daxil olub.Məlumata görə, Azərbaycanda vergi cinayətlərində ittiham olunaraq beynəlxalq axtarışa verilən Abdullayev ötən gün Türkiyədə olarkən saxlanılıb.O bu gün təyyarə ilə Azərbaycana gətirilib və istintaqa təhvil verilib.Xatırladaq ki, H. Abdullayev bir neçə ildir Almaniyada siyasi sığınacaq almışdı və orada yaşayırdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31