Kriminal
Avtomobil oğrularının digər əməlləri də ifşa edilib
Avtomobil qaçırmaqda şübhəli bilinən şəxslərin digər cinayət əməllərinin də üstü açılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini R.Əliyevin “VAZ-2106” markalı avtomobilini qaçırmaqda şübhəli bilindiklərinə görə saxlanılan şəhər sakinləri Sərxan Mahmudov, əvvəllər məhkum olunmuşlar - Tural Rüstəmov və Məcid Sultanovun digər cinayət əməllərinin də üstü açılıb.
Keçmiş məhkumdan 1 kq heroin götürülüb
Qadını hədələyərək boyunbağısını alan saxlandı
Yevlax şəhər sakini olan bir qadın Rayon Polis Şöbəsinə müraciət edərək aprelin 12-də və 13-də Seymur adlı şəxsin onun şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyərək 150 manat pulunu və qızıl boyunbağısını aldığını bildirib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Seymur Əzizov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.
Qubada qəbiristanlıqda qətl törədilib
Qubada dəhşətli qətl hadisəsi törədilib. Bu barədə məlumat Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, aprelin 17-də Quba rayonunun Qırmızı Slaboda qəsəbəsində yerləşən qəbiristanlıqda qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mişi Miqirov həmyerlisi Şüşan Sumxayevanı döyüb.
Arvadının şöbə müdiri ilə əlaqəsindən şübhələndi, izlədi və... - Ağdaşda DƏHŞƏTLİ OLAY
Ağdaş rayonunda qətl törətməkdə təqsirli bilinən 1978-ci il təvəllüdlü Pərviz İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Pərviz İsmayılov əvvəllər tanıdığı 1979-cu il təvəllüdlü Elçin Babayevin onun arvadı Günəş Hüseynova ilə Vatsapda yazışmalarından şübhələnib. O, arvadı ilə Elçin Babayevin münasibətlərinin olmasını bəhanə edərək, ikincini öldürmək qərarına gəlib.
Azərbaycan daha bir şəxsi axtarışa verdi
Azərbaycan dövləti daha bir şəxsi “İnterpol”un qırmızı xətti ilə beynəlxalq axtarışa verib. Axtarışa verilmiş 26 yaşlı Alpay Əliyev qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham olunur.
Əl yükündə narkotik vasitə aşkarlandı
Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan Respublikası vətəndaşının əl yükləri yoxlanılıb. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, yoxlama zamanı iki bükümdə xalis çəkisi 1,699 qram olan narkotik vasitə - heroin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Avtomobil velosiped sürən azyaşlını vurub
Biləsuvar rayonunun 4 saylı qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, aprelin 16-da saat 16 radələrində Biləsuvar rayonunun 4 saylı qəsəbəsinin ərazisində qəsəbə sakini Bəkir Quliyev idarə etdiyi “VAZ-21063” markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən 3 saylı qəsəbə sakini-13 yaşlı Xəzər Eyvazovu vurmuşdur. Nəticədə azyaşlı hadisə yerində ölüb. Cəbrayıl RPŞ RPŞ tərəfindən araşdırma aparılır.
“VAZ-2107” yolun kənarında dayanmış piyadanı vurub öldürdü
Qaradağ rayonunun Səngəçal qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, aprelin 16-da saat 11 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsində Ağdaş rayon sakini Mansur Qasımov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarında dayanmış Bakı şəhər sakini İsgəndər Mehdiyevə məxsus “KamAZ” markalı avtomobilə vurmuşdur.
Xeyli miqdarda narkotk vasitə dövriyyədən çıxarılıb
Daxili işlər orqanları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 4 kiloqramdan çox narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, əldə edilmiş məlumat əsasında Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Vüqar Cabbarovdan çəkisi 1 kiloqramdan artıq heroin götürülüb.
Yanacaqdoldurma məntəqəsinə basqın edən maskalılar saxlanıblar
Paytaxt Bakıda yanacaqdoldurma məntəqəsinə basqın edən şəxslər tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, aprelin 16-da gecə saat 03.00 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən yanacaqdoldurma məntəqələrindən birinə gələn iki nəfər maskalı şəxs orada operator işləyən 3 nəfəri tapançaya oxşar əşya ilə hədələyib onlardan 867 manat pul alaraq hadisə yerini tərk ediblər.
Gəncədə saxta yuyucu vasitələr satan şəxs saxlanıldı
Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisində müxtəlif ərazilərdə səyyar formada saxta yuyucu vasitələrin satılması barədə məlumat daxil olub.
Evdən qızıl aparan keçmiş məhkumun digər əməlləri üzə çıxıb
Oğurluqda şübhəli bilinən Quba rayon sakini yaxalanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 4-də Xırdalan şəhərindəki evlərin birindən 600 manat və 500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Quba rayon sakini, əvvəllər məhkum olunmuş Ağacan Həsənov saxlanılıb.
Silsilə oğurluqla məşğul olan keçmiş məhkum saxlanıb
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 7-dən aprelin 9-dək olan müddətdə rayon ərazisindəki 3 avtomobildən və 1 evdən pul, 2 ədəd mobil telefon, qızıl boyunbağı və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Adil Cəlilov saxlanılıb.













