Kriminal

Yol-nəqliyyat hadisəsi törədən saxlanıb

16 Aprel 2018 15:10

Yol-nəqliyyat hadisəsi törətməkdə şübhəli bilinən Bakı şəhər sakini saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 12-də Əli Baxşızadənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Honda” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini Samir Muradov saxlanılıb.

Avtomobil qaçırmaqda şübhəli bilinən 3 nəfər saxlanılıb

16 Aprel 2018 15:09

DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən Gəncə şəhər sakini R.Əliyev “VAZ-2106” markalı avtomobilinin gecə saatlarında şəhər ərazisindən qaçırıldığını bildirib. DİN-dən “Olaylar”a verilən məlumata görə, məlumatla əlaqədar Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Axtarışda olan 11 nəfər saxlanıb

16 Aprel 2018 15:08

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 79 cinayət faktı qeydə alınıb ki, onların da 7-si “isti izlər”lə açılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 7 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Qazaxda qadını öldürmək istəyən şəxs saxlanılıb

16 Aprel 2018 13:03

Aprelin 14-də saat 4 radələrində Qazax rayonunun Yuxarı Salahlı kənd sakini Mehriban Nəsibovanın baş və bədən nahiylərindən çoxsaylı qırma xəsarətləri ilə xəstəxanaya gətirilməsi barədə daxil olan məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Avtomobil oğrusu saxlanılıb

16 Aprel 2018 12:37

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini S.Qədirov A.Salamzadə küçəsində “Toyota” markalı avtomobilindən şüşəni sındırmaqla dəyəri 500 manat olan qızıl boyunbağısının oğurlandığını bildirib.

Yad kişi şübhəsi və hamilə qızın... - Lənkəranda ərdən 27 illik arvadına qarşı DƏHŞƏTLİ ƏMƏL

16 Aprel 2018 11:52

Lənkəran rayonunda qısqanclıq zəminində qətl törətməkdə təqsirli bilinən 1968-ci il təvəllüdlü Rüfət Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Rüfət Əliyevlə həyat yoldaşı Maygül Əliyevanın arasında tez-tez mübahisə yaranıb. Mübahisənin baş verməsinə səbəb Rüfət Əliyevin işləməməsi olub.

Qurban bayramı günü araq içib atasını vəhşicəsinə öldürdü - DƏHŞƏTLİ ETİRAFLAR

15 Aprel 2018 13:50

Övladının intiharından sonra əsəbləri korlanan ailə başçısı çıxış yolunu spirtli içkiyə qurşanmaqda görüb. Ailəsinə, doğmalarına içki şüşəsinin arxasından boylanıb, getdikcə daha da həyatın dibinə çöküb... Qurban bayramı günü arvadından bir manat araq pulu istəyən Qadir Cahangirov növbəti insident zamanı özünü və 70 yaşlı atasını içkiyə qurban verib. Bakı Ağır Cinayətlər Məhkəməsində atasını qətlə yetirməkdə ittiham olunan Şamaxı rayon sakini, 46 yaşlı Qadir Cahangirovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Oğurluqla məşğul olan yeniyetmə tutulub

13 Aprel 2018 16:03

Oğurluqda şübhəli bilinən Qazax rayon sakini saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nərimanov RPİ 16-cı PB-nin əməkdaşları tərəfindən martın 8-də Bakı şəhər sakini H.İbrahimova məxsus avtomobildən ehtiyat təkəri, habelə 2 paytaxt sakininin velosipedlərini oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini olan yeniyetmə saxlanılıb.

Axtarışda olan şəxs oğurluq üstə tutulub

13 Aprel 2018 15:58

Oğurluqda şübhəli bilinən Xırdalan şəhər sakini Toğrul Əliyev tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, aprelin 11-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzinin buraxılış məntəqəsinin köşkünə girərək orada işləyən Bakı şəhər sakini Elnur Vəliyevə məxsus mobil telefonu oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini Toğrul Əliyev Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 10-cu Polis Bölməsinə təhvil verilib.

Daxili orqanında narkotik vasitə keçirmək istədi

13 Aprel 2018 15:43

Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, idarənin Sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Əcnəbi qadını qarət edən tutuldu

13 Aprel 2018 14:47

Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə Nəsimi rayonu ərazisində əcnəbi vətəndaşın soyğunçuluğa məruz qalması barədə müraciət daxil olub. DİN-dən “Olaylar”a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əcnəbi qadın gecə saatlarında H.Aslanov küçəsində naməlum şəxsin ona zor tətbiq edərək pulqabısını və mobil telefonunu almağa cəhd göstərdiyini, lakin müqavimət göstərdiyindən onun aradan çıxdığını, sonradan isə boynundakı medalyonun qırılaraq aparıldığını aşkar etdiyini bildirib.

Torpaq üstündə dava 1 nəfərin ölümü, 7-nin yaralanması ilə nəticələndi

13 Aprel 2018 14:43

Yardımlı rayonu Bürzünbül kəndində qohumlar arasında torpaq sahəsi üstündə yaranan mübahisə davaya çevrilib. Hadisə şahidlərinin verdiyi xəbərə görə, torpaq mübahisəsi edən şəxslər qonşu olmaqla yanaşı dayoğlu-bibioğlu olublar. Nuru ilə Bəyzadə arasında mübahisə sonda əlbəyaxa davaya çevrilib.

Dönərxanalar üçün it kəsən oğlan tutuldu - VİDEO

13 Aprel 2018 13:29

Dönərxanalara satmaq üçün it kəsən kişi tutulub. Onu it kəsərkən yaxalayan məktəblilər polisə xəbər veriblər. Polis Nikolay adlı oğlanı bölməyə aparıb, ifadəsi alınıb. Qazaxstandan Rusiyanın Çelyabinsk vilayətinə gələn Nikolay itləri iplə boğub, dərisini soyub, ətini satdığını etiraf edib. O bildirib ki, öz ölkəsində it əti də normal şəkildə yeyilir. Nikolay bir gün təcridxanada qaldıqdan sonra sərbəst buraxılıb.

Sabiq MTN əməkdaşına hökm oxundu

13 Aprel 2018 11:55

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ceyhun İbayev, Vüqar Əsədov, Vüqar Güləli, Anar İsmayılov və Nicat Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.