Kriminal

Dönərxanalar üçün it kəsən oğlan tutuldu - VİDEO

13 Aprel 2018 13:29

Dönərxanalara satmaq üçün it kəsən kişi tutulub. Onu it kəsərkən yaxalayan məktəblilər polisə xəbər veriblər. Polis Nikolay adlı oğlanı bölməyə aparıb, ifadəsi alınıb. Qazaxstandan Rusiyanın Çelyabinsk vilayətinə gələn Nikolay itləri iplə boğub, dərisini soyub, ətini satdığını etiraf edib. O bildirib ki, öz ölkəsində it əti də normal şəkildə yeyilir. Nikolay bir gün təcridxanada qaldıqdan sonra sərbəst buraxılıb.

Sabiq MTN əməkdaşına hökm oxundu

13 Aprel 2018 11:55

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ceyhun İbayev, Vüqar Əsədov, Vüqar Güləli, Anar İsmayılov və Nicat Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Azərbaycanlı gimnast: "Mənim məqsədim Olimpiya çempionu olmaqdır"

12 Aprel 2018 18:45

Əsas odur ki, mən məşqçinin tapşırıqlarını yerinə yetirdim. Bunu Bakıda keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında çıxşından sonra Azərbaycan gimnastı Selcan Maqsudova deyib.

Borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılıb

12 Aprel 2018 16:29

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 79 cinayət faktı qeydə alınıb, onların da 11-i “isti izlər”lə açılıb. DİN-in mətbuat xidmətindən  verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub.

Azərbaycanda Şri Lanka vətəndaşları saxlanıldı

12 Aprel 2018 14:43

Dövlət Miqrasiya Xidmətinin Dövlət Sərhəd Xidməti ilə birgə qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər zamanı 5 nəfər Şri Lanka vətəndaşı saxlanılıb.

Meşə oğruları saxlanıblar

12 Aprel 2018 13:01

Aprelin 9-da Oğuz rayon meşə mühafizə və bərpası müəssisəsinin əməkdaşları Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Daşağıl kənd meşəbəyliyinin ərazisindən ağac materialının oğurlandığını bildiriblər.

Keçmiş məhkumun həyətində narkotik vasitə aşkar edilib

11 Aprel 2018 16:35

Bərədədə kultivasiya yolu ilə yetişdirilmiş xeyli sayda çətənə kolu aşkar edilib. DİN-dən “Olaylara verilən məlumata görə, daxil olmuş məlumat əsasında Bərdə RPŞ-nin əməkdaşları tərəfindən Şorəlli kənd sakini, əvvəllər məhkum olunmuş Elçin Səmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 10 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Evdən 3000 manat dəyərində qızıl aparan yaxalanıb

11 Aprel 2018 16:34

Oğurluqda şübhəli bilinən Tərtər rayon sakini tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Tərtər RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 9-da rayon ərazisindəki evlərin birindən 3000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Hüləbətli kənd sakini Yusif Əsgərov saxlanıb.

Silsilə oğurluqla məşğul olan Gəncə sakini ələ keçib

11 Aprel 2018 16:33

Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu ilin mart ayı ərzində Gəncə şəhəri ərazisində 1 avtomobildən akkumulyator, 3 evdən su mühərriki və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini Əvəz Hüseynov saxlanıb.

Avtoqəzada iki nəfər ölüb, ikisi yaralanıb

11 Aprel 2018 15:09

Daxili İşlər Nazirliyi (DİN) Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, aprelin 10-da saat 13 radələrində Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisində qəsəbə sakinləri Sahib Abdullayevin idarə etdiyi “VAZ-2107” və Elmar Tağızadənin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Qulduruq edən iki yeniyetmə saxlanıb

11 Aprel 2018 15:06

Abşeronda evə basqın edən yeniyetmələr tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, bu il fevralın 20-də Abşeron rayonunun Güzdək qəsəbə sakini Mələk Məhərrəmova Rayon Polis İdarəsinə müraciət edərək bu il yanvarın 23-də həyətinə girmiş iki naməlum şəxsin onu gördükdə, oradan uzaqlaşdığını bildirib.

DİN: "Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb"

11 Aprel 2018 12:11

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 104 cinayət faktı qeydə alınıb, onların da 12-i “isti izlər”lə açılıb. DİN Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.