Kriminal

Rusiyada rüşvətə görə 13 universitet müəllimi saxlanılıb

10 Aprel 2018 18:04

Rusiyanın Volqoqrad şəhərində özəl ali təhsil müəssisəsinin dekan və müəllimləri polis tərəfindən saxlanılıb. Bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. Məlumata əsasən bir neçə il müddətində şübhəli şəxslər tələbələrdən sessiya zamanı yaxşı qiymət qarşılığında pul alıblar. Axtarışdan sonra 13 nəfər saxlanılıb. Məlum olub ki, cinayət şəbəkələşməsinin təşkilatçısı hüquq fakültəsinin dekanıdır. İstintaq 100-ə yaxın cinayət epizodunu qeydə alıb.

Şamaxıda qoyun oğruları saxlanıblar

10 Aprel 2018 14:00

Aprelin 9-da Şamaxı Rayon Polis Şöbəsinə müraciət edən Mədrəsə qəsəbə sakini Əhliman Bayramov bir gün əvvəl axşam saatlarında həyətinə girmiş naməlum 2 nəfərin oradan 2 baş qoyun apardığını bildirib. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

Qadın çantalarından pul oğurlayan ələ keçib

10 Aprel 2018 13:59

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini F.Kərimova rayon ərazisindəki ticarət mərkəzlərindən birində işlədiyi mağazadan çantasından içərisində 750 manatı olan pulqabısının oğurlandığını bildirib.

Külli miqdarda narkotik dövriyyədən çıxarıldı

10 Aprel 2018 13:57

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, aprelin 9-da bu istiqamətdə keçirilmiş tədbirlər nəticəsində 4 kiloqrama yaxın narkotik vasitə, həmçinin xeyli sayda çətənə kolları polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

Paytaxtda narkotacir yaxalanıb

10 Aprel 2018 13:55

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən şəxslər saxlanılıb.

Xızıda qardaşını öldürən şəxs: "Torpaq üstündə güllələdim"

10 Aprel 2018 13:54

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını öldürməkdə təqsirləndirilən Şirxan Məhərrəmovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Nardaranda əməliyyat - Xeyli sayda silah-sursat aşkarlandı

10 Aprel 2018 13:29

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsinə Nardaran qəsəbə sakini Əminağa Babayevdə odlu silah-sursat olması barədə əməliyyat məlumatı daxil olub.

3 yaşlı uşağın ölümündə təqsirləndirilən həkimin işi ilə bağlı şikayət verildi

10 Aprel 2018 13:09

3 yaşlı uşağın ölümündə təqsirləndirilən "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun barəsindəki hökmdən prokuror tərəfindən protest verilib. İşə yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qumar üstündə DƏHŞƏTLİ CİNAYƏT: Uşaqlıq dostunu sevgilisinin evində öldürdü

10 Aprel 2018 12:40

Quba rayonunda uşaqlıq dostunu qətlə yetirməkdə ittiham olunan Eşqin Rəsulov və ona bu qətli törətməkdə kömək edən Ramella Əlmuradovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. İttihama görə, qətl hadisəsi ötən ilin noyabrında Quba rayonu Alpan kəndində baş verib. Eşqin Rəsulov uşaqlıq dostu Anar Balayevi qeyri-rəsmi yaşadığı Ramella Əlmuradovanın evinə çağırıb.

10 yaşlı uşağı zorla zirzəmiyə saldı, qeyri-təbii yolla əlaqəyə girdi, sonra… – Siyəzəndə dəhşətli hadisə

10 Aprel 2018 12:03

Siyəzən şəhərində seksual xarakterli zorakılıq hərəkətləri törətməkdə təqsirli bilinən 2000-ci il təvəllüdlü Mehrac Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Ailəli idi, amma evdə başqa kişi ilə görüşürdü”

9 Aprel 2018 18:54

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bibisini baltalayaraq öldürməkdə təqsirləndirilən Vüsal Şıxəliyevin məhkəməsi keçirilib. Hakim Azad Məcidovun icraatında olan prosesdə baxış iclası baş tutub.  V.Şıxəliyev elan olunan ittiham üzrə özünü təqsirli bildiyini deyib. O, bibisini yatdığı yerdə öldürüb. 

Külli miqdarda aksiz markasız siqaretin realizə edilməsinin qarşısı alınıb

9 Aprel 2018 18:35

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Mercedes-Benz Sprinter" markalı, 90VZ649 nömrə nişanlı avtomobil Tovuz rayonu ərazisində saxlanılıb. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, Azərbaycan Respublikasının vətəndaşı Ramal Əmrahovun idarə etdiyi həmin nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı, orada siqaret olduğu müəyyən edilib.

320 min kaptaqon narkotik maddə tutuldu

9 Aprel 2018 17:11

İstanbulda Səudiyyə Ərəbistanına  göndəriləcək makina atəşləyici fişənglərinin içində gizlədilmiş 320 min ədəd Kaptaqon narkotik həbi polis tərəfindən aşkarlanaraq götürüldüyü bildirilir.