Qadın çantalarından pul oğurlayan ələ keçib

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini F.Kərimova rayon ərazisindəki ticarət mərkəzlərindən birində işlədiyi mağazadan çantasından içərisində 750 manatı olan pulqabısının oğurlandığını bildirib.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini F.Kərimova rayon ərazisindəki ticarət mərkəzlərindən birində işlədiyi mağazadan çantasından içərisində 750 manatı olan pulqabısının oğurlandığını bildirib. Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən məlumata görə, əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları tərəfindən oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Məmmədov olduğu məlum olub. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun daha üç qadının çantalarından pul oğurlaması da müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31