Torpaq üstündə dava 1 nəfərin ölümü, 7-nin yaralanması ilə nəticələndi

Yardımlı rayonu Bürzünbül kəndində qohumlar arasında torpaq sahəsi üstündə yaranan mübahisə davaya çevrilib. Hadisə şahidlərinin verdiyi xəbərə görə, torpaq mübahisəsi edən şəxslər qonşu olmaqla yanaşı dayoğlu-bibioğlu olublar. Nuru ilə Bəyzadə arasında mübahisə sonda əlbəyaxa davaya çevrilib.

Yardımlı rayonu Bürzünbül kəndində qohumlar arasında torpaq sahəsi üstündə yaranan mübahisə davaya çevrilib. Hadisə şahidlərinin verdiyi xəbərə görə, torpaq mübahisəsi edən şəxslər qonşu olmaqla yanaşı dayoğlu-bibioğlu olublar. Nuru ilə Bəyzadə arasında mübahisə sonda əlbəyaxa davaya çevrilib. Dava zamanı Nuru Mətləb oğlu Haxıəliyev 3 oğlu ilə qohumu 1963-cü il təvəllüdlü Bəyzadə Məmmədağa oğlu Rəciyevi döyüblər. Bunu eşidən Bəyzadənin oğlanları hadisə yerinə gəlib və dava yenidən qızışıb. Dava zamanı Bəyzadə bıçaqlanaraq qətlə yetirilib. Qətli Nurunun həbsdən yenicə çıxan oğlu Şirxanın törətdiyi bildirilir və o məsuliyyəti öz boynuna götürüb. Dava nəticəsində Nuru da ciddi xəsarət alıb və Yardımlı Rayon Mərkəzi Xəsətxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. O başından və müxtəlif bədən nahiyələrindən ciddi xəsarət alıb. Davada 6-7 nəfərin müxtəlif dərəcəli xəsarət aldığı bildirilir. Onlar arasında Nurunun və dava nəticəsində dünyasını dəyişən Bəyzadənin də iki oğlu var. Onlardan birinin qolu sınıb, digəri isə qolundan, əllərindən biçaq xəsarələri alıb. Ən az xəsarət alan isə qətli törədən Şirxan olub. Hadisə ilə bağlı artıq cinayət işi açılıb və araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31