Evlərdən pul və qızıl aparan keçmiş məhkum tutulub

Bakıda evdən 3 min manatlıq qızıl oğurlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 15-də rayon ərazisindəki evlərin birindən 1800 manat və 3000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Şabran rayon sakini saxlanıb. Araşdırmalar zamanı onun əvvəllər məhkum olunmuş Etibar Kərimov olduğu müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31