Evlərə qənim kəsilən şəxs tutulub

Oğurluqda şübhəli bilinən Bakı sakini tutulub. DİN-dən "Olaylar"a verilən məlumata görə, Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 12-də rayon ərazisindəki evlərin birindən 2 ədəd televizor və 500 manat dəyərində bijuteriya əşyaları oğurlamaqda şübhəli bilinən Ceyhun Musayev tutulub. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31