Kriminal

İmişli sakinindən marixuana götürülüb

23 Aprel 2018 14:24

İsmayıllı rayonunun Zərnava kənd sakinində narkotik vasitə aşkar edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zərnava kənd sakini Hikmət Abdurəhimovun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı 662,21 qram marixuana aşkar edilərək götürülüb.

Bağ evlərinə qənim kəsilən şəxs ələ keçib

23 Aprel 2018 14:22

Oğurluqda şübhəli bilinən Corat qəsəbə sakini saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 8-dən 18-dək olan müddətdə şəhər ərazisindəki 4 bağ evindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Anar Fərəcov saxlanılıb. Araşdırma aparılır.

Maştağada qətl törədilib

23 Aprel 2018 14:10

Sabunçu rayonunun Maştağa qəsəbəsində qəsəbə qətl hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, aprelin 21-də qəsəbə sakini Hətəm Şabanovun küt alətlə qətlə yetirilmiş meyiti tapılıb.

180 ədəd su sayğacı oğurlayan dəstə zərərsizləşdirilib

23 Aprel 2018 14:07

Su sayğacları oğurluqlarının qarşısının alınması və bu cinayətləri törədənlərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən Şirvan şəhəri ərazisində uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Qonşusunun 10 minlik qızılını oğurladı

23 Aprel 2018 13:44

Biləsuvar Rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə bir gündə iki cinayət faktının üstü açılıb. Belə ki, otlaq sahəsindən xırda buynuzlu heyvanlar, mənzildən isə 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıb.

“Zorlanan qız oğlanla restorana gedər?” - Falçı qalmaqalı böyüyür

22 Aprel 2018 12:32

Falçılıqla məşğul olub 50-yə yaxın qızı zorladığı iddia olunan və özünü Mirseymur kimi tanıdan Ramil Talıbov saxlanılıb.

Milli Park ərazisində 17 yaşlı qız dənizə düşüb

20 Aprel 2018 16:03

Bakıda 17 yaşlı qız dənizə düşüb.

Oğrunun digər cinayət əməlləri də ifşa edilib

20 Aprel 2018 15:30

Oğurluq etdiyinə görə tutulmuş Ramiz Bayramovun Biləcəri qəsəbəsindəki 3 evdən pul və qızıl əşyalar oğurlaması da müəyyən edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Ramiz Bayramovun ətrafında DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi, Bakı şəhər BPİ Cinayət Axtarışı İdarəsi və Binəqədi RPİ 4-cü və 6-cı PB-lərinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun martın 24-dən aprelin 7-dək olan müddətdə Biləcəri qəsəbəsindəki 3 evdən pul və qızıl əşyalar oğurlaması da müəyyən edilib. Həmçinin oğurluq etdiyinə görə tutulmuş Rafiq Mirağayevin ətrafında Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il iyulun 1-dən cari il aprelin 3-dək olan müddətdə rayon ərazisindəki 3 mağazadan, 6 evdən pul, tütün məmulatı, ərzaq məhsulları və qızıl əşyalar oğurlaması da müəyyən edilib.

Oğru “iş başında” yaxalanıb

20 Aprel 2018 15:18

Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, mühafizə polisi əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində oğurluğa cəhd edən şəxs cinayət başında yaxalanıb. Belə ki, aprelin 18-də saat 16 radələrində Sumqayıt şəhəri Yaşma bağlar sahəsindəki bağların birindən 2 ədəd dəmir borunu oğurlamağa cəhd göstərən şəxs Baş Mühafizə İdarəsinin Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayının əməkdaşları tərəfindən cinayət başında yaxalanaraq Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə təhvil verilib.

Tovuzda faciə: Aprel qazisi intihar etdi

20 Aprel 2018 15:10

Aprel döyüşçüsü özünü yaşadıqları evdə asıb.