İrandan narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən külli miqdarda narkotik vasitənin ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb. DSX-dan verilən məlumata görə, “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsində İrandan rəsmi qaydada Azərbaycana gələn 1979-cu il təvəllüdlü Azərbaycan vətəndaşı Əzizov Gülmirzə Adil oğlu saxlanılıb və şəxsi baxış nəticəsində üzərində 2500 qram tiryək, 500 qram heroin aşkar olunub. Faktla bağlı əməliyyat - istintaq tədbirləri davam etdirilir.
23 Aprel 2018 17:03 KriminalDövlət Sərhəd Xidməti (DSX) tərəfindən külli miqdarda narkotik vasitənin ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb. DSX-dan verilən məlumata görə, "Biləsuvar" dövlət sərhədindən buraxılış məntəqəsində İrandan rəsmi qaydada Azərbaycana gələn 1979-cu il təvəllüdlü Azərbaycan vətəndaşı Əzizov Gülmirzə Adil oğlu saxlanılıb və şəxsi baxış nəticəsində üzərində 2500 qram tiryək, 500 qram heroin aşkar olunub. Faktla bağlı əməliyyat - istintaq tədbirləri davam etdirilir.