Gəncədə mənzildən 30 min dollar oğurlandı
24 Aprel 2018 11:35 KriminalDİN-in "102 Zəng Mərkəzi" Xidmətinə Gəncə şəhərindəki mənzillərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.
DİN-dən Trend-ə verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və Sadıllı qəsəbəsində yaşayan A.Əliyevanın evindən 30000 ABŞ dolları və məişət əşyalarının oğurlandığı məlum olub.
DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Rahid İbişov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31