Avtomobildə qanunsuz baytarlıq dərman preparatları aşkar edilib
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən idarənin "Sadıxlı" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi Mersedes Benz C-230 markalı avtonəqliyyat vasitəsi saxlanılıb və avtomobilə baxış keçirilib.
20 Aprel 2018 14:32 KriminalTovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən idarənin "Sadıxlı" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi Mersedes Benz C-230 markalı avtonəqliyyat vasitəsi saxlanılıb və avtomobilə baxış keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar" verilən xəbərə görə, gömrük baxışı zamanı avtomobilin salonundan, motorxana hissəsində hava filtrinin içərisindən və yük yerindəki çantalardan 5400 qram baytarlıq dərman preparatları aşkar edilib. Faktla bağlı araşdırma aparılır.