Milli Park ərazisində 17 yaşlı qız dənizə düşüb

Bakıda 17 yaşlı qız dənizə düşüb.

Bakıda 17 yaşlı qız dənizə düşüb.

Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizə düşməsi barədə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. 2001-ci il təvəllüdlü Qafarova Fatimeyi-Zəhra Şəfi qızı sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31