İqtisadiyyat

Vergilər naziri Qətərin səfiri ilə görüşüb

23 Fevral 2018 18:10

Bu gün vergilər naziri Mikayıl Cabbarov Qətər dövlətinin Azərbaycandakı səfiri Yusif bin Həsən əl-Sainlə görüşüb. Nazirlikdən verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsində dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin mühüm əhəmiyyəti qeyd edilib, Azərbaycan ilə Qətər dövləti arasında əlaqələrin bütün sahələr üzrə inkişafının vacibliyi vurğulanıb.

Regionlarda sənaye məhəllələrinin yaradılması məşğulluq probleminin həllinə təkan verir

23 Fevral 2018 16:54

Ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasət regionların inkişafı ilə müşahidə olunmaqdadır. Xüsusən, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası iqtisadiyyatın dayanıqlığını təmin etməklə yanaşı, bölgələrdə məşğulluq probleminin də həllinə təkan verib.

Qaxda güzəştli kreditlərdən istifadə etməklə aqropark yaradılır

23 Fevral 2018 16:52

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu Qax rayonunda keçirib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Forum çərçivəsində Qax rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan startap layihələrinin maliyyələşdirilməsi, bağçılıq, tütünçülük, arıçılıq təsərrüfatlarının, bal emalı və qablaşdırılması, tütün emalı müəssisələrinin, quru tütün saxlanılması üçün anbarın yaradılması və otel tikintisi üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Deputat: “Benzinə qatqı qatılır”

23 Fevral 2018 15:29

"Azərbaycanda benzinin qiyməti Rusiya və Qazaxıstanla müqayisədə yüksəkdir". Modern.az-ın məlumatına görə, bu barədə deputat Əli Məsimli parlamentin plenar iclasında bildirib.

Bank sirri olan məlumatlar Bakı Kollektor Agentliyinin əlinə necə keçir?

23 Fevral 2018 15:10

Məlum neft böhranı və devalvasiyadan sonra bankla ondan kredit götürən müştərilər arasında yaranan problemlər hələ də həll edilməmiş qalır. Minlərlə problemli kreditlərin yoluna qoyulması istiqamətində fərqli təşəbbüslər, təkliflər səsləndirilsə də, indiki situasiyada həmin təklifləri reallaşdırmaq qeyri-mümkün oduğundan bankla onun müştəri arasında ziddiyyətlər daha da dərinləşir.

Misir Prezidenti Azərbaycanın iqtisadiyyat nazirini qəbul edib

23 Fevral 2018 11:55

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi bu ölkədə səfərdə olan Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayevi qəbul edib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, Şahin Mustafayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və məktubunu Misir Prezidentinə çatdırıb. Nazir qeyd edib ki, Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında Hökumətlərarası İqtisadi, Texniki və Elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyətinin bərpası hər iki ölkənin iqtisadi inkişafı ilə əlaqədardır.

Azərbaycan-Misir Hökumətlərarası Komissiyasının iclası keçirilib

23 Fevral 2018 11:53

Misirin Qahirə şəhərində Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında Hökumətlərarası İqtisadi, Texniki və Elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın 4-cü iclası keçirilib. İclasda Müştərək Komissiyada həmsədrlər – Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayevin və Misirin investisiya və beynəlxalq əməkdaşlıq naziri xanım Sahar Nasrin rəhbərlik etdiyi rəsmi şəxslərdən ibarət nümayəndə heyətləri iştirak edib.

Minskdə DİM üzrə milli kordinatorların Regional Forumu keçirilib

23 Fevral 2018 11:47

2018-ci ilin 21-22 fevral tarixlərində Minskdə Belarus Respublikası və Birləşmiş Millətlər Təşkilatının (BMT) birgə təşkilatçılığı ilə “Dayanıqlı inkişaf sahəsində milli səylərin dəstəklənməsi üçün əməkdaşlığın qurulması” mövzusunda Avropa və Mərkəzi Asiya ölkələrində Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsi üzrə milli kordinatorların Regional Forumu keçirilib.

Nazirlər Kabineti 2018-ci il üçün iş planı ilə bağlı iclas keçirib

22 Fevral 2018 18:00

Bu gün Baş nazir Artur Rasi-zadənin sədrliyi ilə “Azərbaycan Respublikası  Nazirlər Kabinetinin 2018-ci il üçün iş planı”nda nəzərdə tutulmuş məsələlərə dair iclas  keçirilib.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları Ağdamda uğurla icra edilir

22 Fevral 2018 17:15

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları respublikanın hər bir bölgəsində olduğu kimi Ağdam rayonunda da uğurla icra edilib. Proqramların icra edildiyi 14 il ərzində Ağdamda yeni infrastruktur qurulub, geniş miqyasda quruculuq-abadlıq işləri həyata keçirilib.

Azərbaycan-Avstriya əlaqələri inkişaf edir

22 Fevral 2018 15:28

Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Avstriya Respublikasının Federal Nəqliyyat, İnnovasiya və Texnologiya Nazirliyinin baş katibi Andreas Rayxhardtın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. MM-dən “Olaylar”a verilən məlumata görə, görüşdə Andreas Rayxhardt uzun illərdən bəri Azərbaycanın dostu olduğunu və dəfələrlə ölkəmizə səfər etdiyini vurğulayıb. Avstriya ilə Azərbaycan arasında münasibətlərin intensivləşməsinə çalışdığını deyib. Təmsil etdiyi nazirliyin ölkə üzrə bütün infrastruktur məsələlərində səlahiyyətli olduğunu bildirib. İkitərəfli iqtisadi əlaqələrin möhkəmlənməsi baxımından dost və tərəfdaş Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.

Sameh Şükri: “Misir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan xalqının arzusuna uyğun həll olunmasını istəyir”

22 Fevral 2018 15:25

Misirə səfər çərçivəsində Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev bu ölkənin Xarici İşlər naziri Sameh Şükri ilə görüşüb.İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, görüşdə qarşılıqlı əlaqələrin inkişafı və gələcək perspektivləri müzakirə edilib, Misir ilə Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq etdiyi qeyd olunub.

Vergilər naziri Efiopiya səfiri ilə görüşüb

22 Fevral 2018 15:23

Vergilər naziri Mikayıl Cabbarov Efiopiya Federativ Demokratik Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ayalev Qobezie Vorknehlə görüşüb.

Kredit amnistiyası elan oluna bilərmi?

22 Fevral 2018 14:20

Uzun müddətdir ki, Azərbaycanda problemli kredit məsələsi gündəmi zəbt etməkdədir. Qeyri-rəsmi hesablamalara görə, ölkədə hər 4 nəfərdən birinin banka kredit borcu var. Banka borcu olanlar sırasında aza qala hər təbəqənin nümayəndəsi mövcuddur. Hazırda məhkəmə çəkişmələrində ən cox işlər banklarla bağlıdır. Dövlət başçısının təşəbbüsü ilə “Məcburi dövlət sosial sığorta haqları üzrə borcların tənzimlənməsi haqqında” qanun layihəsinin hazırlanması problemli kreditlərlə bağlı amnistiya təklifi gündəmə gətirib. Sənəddə sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranan və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta qaydalarının pozulmasına görə tətbiq edilən maliyyə sanksiyaları (hesablanmış pensiya) üzrə borcların tam məbləğdə silinməsi öz əksini tapıb.