İqtisadiyyat
Azərbaycan-Misir iqtisadi əlaqələri genişlənir
Azərbaycanın İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında Hökumətlərarası İqtisadi, Texniki və Elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Misirdə səfərdədir.İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, səfərin ilk günü Azərbaycan nümayəndə heyəti Azərbaycan parkına gələrək burada ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.Azərbaycan nümayəndə heyəti Azərbaycan parkı və parkda fəaliyyət göstərən kitabxana ilə tanış olub, kitabxanaya ölkəmiz haqqında kitab bağışlayıb.
Bakıda “Best of İndia Exhibition” adlı ticarət sərgisi keçiriləcək
Hindistanın PHD Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə 13-16 mart 2018-ci il tarixlərində Bakıda “Best of İndia Exhibition” adlı ticarət sərgisi keçiriləcək. Bu barədə “OLAYLAR” -a Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasınin Kadrlar və İctimaiyyətlə Əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki, sərgidə Hindistandan düyü, buğda məmulatları, plastik materiallar, elektron məişət avadanlıqları, çay, qiymətli daşlar və zərgərlik əşyaları, geyim, əczaçılıq malları, velosiped və velosiped hissələri istehsalçıları və digər müxtəlif sektorları təmsil edən şirkətlərin məhsulları nümayiş olunacaq.
Xəstəlik yayan pullar dezinfeksiya edilirmi? - Mərkəzi Bankdan CAVAB
"Yoluxucu xəstəliklərin yayılmasında əsginas və dəmir pulların da rolu var. Bu pullar hər cür yoluxucu xəstəliyi insandan insana keçirə bilər". Bunu Azərbaycan Tibb Universitetinin Ümumi gigiyena və ekologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Aydın Məmmədov deyib.
Azərbaycan şirkəti BƏƏ-yə findıq ixrac edəcək
“Gulfood 2018” Beynəlxalq Ərzaq Sərgisində ixraca dair müqavilə imzalanıb. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Dubayın Beynəlxalq Ticarət Mərkəzində keçirilən “Gulfood 2018” Beynəlxalq Ərzaq Sərgisində “Made in Azerbaijan” vahid ölkə stendi ilə nümayiş olunan Azərbaycan məhsulları ziyarətçilər, potensial müştərilər tərəfindən maraqla qarşılanır.
BP: "Şahdəniz-2" layihəsi üzrə quruda tikinti işləri yekunlaşıb
"Şahdəniz-2" layihəsi üzrə qurudakı əməliyyatlarla bağlı görülən tikinti işləri 100% bitib. Məlumata görə, bunu BP-nin "Şahdəniz-2" layihəsi üzrə baş meneceri Rəhman Rəhmanov bildirib. Onun sözlərinə görə, bu günə qədər terminalın tikintisində 9 500 nəfər işləyib. Hazırda ərazidə 1500 nəfə işçi çalışır. R. Rəhmanov deyib ki, tikinti zamanı 134 km boru kəməri sistemləri, 19000 ton metal konstruksiyadan istifadə edilib. Ərazidə hər birinin ölçüsü 250 min barel olan iki çən tikilib.
DGKA-nın tələbələri "Liderlik məktəbi" layihəsində iştirak ediblər
Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə Mingəçevir şəhərində keçirilən "10-cu Qış liderlik məktəbi" layihəsində Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) yeddi tələbəsi iştirak edib. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, respublikanın ali və orta ixtisas təhsil müəssisələrinin 1 və 2-ci kurs tələbələrinin qatıldığı altı günlük layihə Yubiley - "Liderlik məktəbi" adı altında həyata keçirilib.
Azərbaycan məhsulları “Gulfood 2018” sərgisində maraqla qarşılanır
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Gulfood 2018” Beynəlxalq Ərzaq Sərgisi davam edir. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, hər il 95 min insanın ziyarət etdiyi sərgidə Azərbaycanın “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunan məhsullar ziyarətçilər və tədbirdə iştirak edən xarici şirkətlər tərəfindən maraqla qarşılanır.
Regionların sosial-iqtisadi inkişaf proqramları bölgələrdə yeni istehsal və emal müəssisələrinin açılmasını təmin edir
Ölkədə həyata keçirilən regionların sosial-iqtisadi inkişaf proqramları çərçivəsində yeni istehsal və emal müəssisələri açılır ki, bu da bölgə sakinlərinin rifah halının yüksəlməsinə xidmət edir. Həyata keçirilən şaxələndirilmiş iqtisadi siyasət çərçivəsində isə regionlarda sənaye məhəllələri və aqroparkların yaradılmasına xüsusi diqqət yetirilir. Azərbaycanda həyata keçirilən regionların sosial-iqtisadi inkişaf proqramları çərçivəsində Zərdabda yem emal müəssisəsi açılıb.
Daşkənddə birinci Özbəkistan-Azərbaycan biznes-forumu keçirildi
Azərbaycanın Özbəkistandakı Səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Daşkənddə birinci Özbəkistan-Azərbaycan biznes-forumu keçirilib. Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Özbəkistan Ticarət-Sənaye Palatasının iştirakı ilə keçirilən Özbəkistan-Azərbaycan biznes-forumunun əsas məqsədi Özbəkistanın investisiya mühiti ilə tanışlıq, iki ölkə arasında iqtisadi əlaqələr, qarşılıqlı investisiya qoyuluşu, azərbaycanlı və özbək biznesmenlər arasında əlaqələrin yaradılması, Azərbaycan məhsullarının Özbəkistan bazarına çıxışı və s. olub.
Manatın məzənnəsinin sabitləşməsi valyuta satışını kəskin azaldıb
2017-ci il ərzində manatın xarici valyutalara nəzərən məzənnəsi tədiyyə balansı üzrə meyllərə uyğun formalaşıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının 2017-ci il üzrə pul siyasəti icmalında qeyd olunub.
Ötən il Azərbaycana pul köçürmələri 2 dəfədən çox artıb
2017-ci ildə iqtisadi tərəfdaş ölkələrində yaranmış vəziyyət qeyri-neft ixracı ilə yanaşı ölkəyə daxil olan pul baratlarının dinamikasına da təsir edib. Bu barədə Azərbaycan Mərkəzi Bankının 2017-ci il üzrə pul siyasəti icmalında qeyd olunub.
Vyanada ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub
Avstriyanın Vyana şəhərində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla "Avstriya Dəmir Yolları" Səhmdar Cəmiyyətinin baş direktoru Andreas Mathe arasında görüş kecirilib.
Azərbaycan-İordaniya iqtisadi əlaqələri müzakirə edilib
Azərbaycan nümayəndə heyətinin İordaniyaya səfəri çərçivəsində Əmmanda iqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev İordaniya Haşimilər Krallığının sənaye, ticarət və təchizat naziri, Komissiyanın həmsədri Yarub Qudah ilə görüşüb.
Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində hissəvi dəyişiklik ediləcək
Bakı-yük- Keşlə mənzilinin tək yolunda yolunda aparılan təmir işləri ilə bağlı “Texniki fasilə”nin verilməsi ilə əlaqədar olaraq, 21.02.2018-ci ildən 06.03.2018-ci ilədək (daxil olmaqla) Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli hissəvi dəyişdirilir.
İqtisadi inkişafın yeni mərhələsi dövlətin sosialyönümlü siyasətinin daha da gücləndirilməsinə imkan verəcək
Qlobal böhran beynəlxalq aləmdə, bütün ölkələrin sosial-iqtisadi durumunda özünü bir sıra mənfi tendensiyalarla biruzə verir. Amma Azərbaycanda həyata keçirilən düşünülmüş, mütərəqqi siyasət nəticəsində bu böhranın ölkəmizə təsiri cüzi olub. Reallaşdırılan islahatlar nəticəsində son bir neçə ildə sosial-iqtisadi inkişaf proseslərində mühüm nəticələr əldə edilib.














