İqtisadiyyat
Hansı əmanətlər geri qaytarılmır?
Lisenziyası geri alınaraq ləğv edilən banklardakı əmanətlərin geri qaytarılması müşkül məsələyə çevrilib. Çünki, belə halda Əmanətlərin Sığortalanması Fondu yalnız qorunan əmanətləri geri qaytarır, qorunmayan depozitlər isə bankın məsuliyyətindədir. Müflis olan bankda isə qorunmayan əmanətlər aktivlər passivləri üstələdiyi halda qaytarıla bilər. İndiyə qədər müflis olan banklarda da yalnız qorunan əmanətləri geri qaytarmaq mümkün olub.
Yerli özünüidarəetmə institutları keçmişdən bu günə
Azərbaycanda yerli özünüidarəetmə institutu olan bələdiyyələrin yaranma tarixini və yerli özünü idarəetmə ənənələrini araşdıranların əksəriyyəti Azərbaycan bələdiyyələrinin yaranma tarixini yanlış olaraq Azərbaycan Respublikasında 12-dekabr 1999-cu il tarixində keçirilmiş bələdiyyə seçkilərinin keçirildiyi tarixə aid edir və bələdiyyələrimizin yaşını bu tarixdən hesablayırlar.
Bu layihələr ölkəmizin iqtisadiyyatının sürətli inkişafına təkan verir
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu enerji layihələri əhəmiyyətli dərəcədə ölkəmizin iqtisadiyyatına böyük təsir göstərir. Cənub Qaz Dəhlizi Azərbaycan qazının Avropaya çatdırılması üçün həm iqtisadi, həm də siyasi əhəmiyyətə malik nəhəng layihələrdən biridir. Bu sözləri millət vəkili Eldəniz Səlimov deyib.
Nazir müavini borcların silinməsindən danışdı
“Bu qanun layihəsi sahibkarlığın inkişafı üçün nəzərdə tutulub. Bu borclar sahibkarlıq fəaliyyətinə əngəl törədir. 2003-cü illə müqayisədə sosial sığorta haqları üzrə daxilolmalar təxminən 9.4 dəfə artıb. Amma məcburi ödənilməyən borclar da var. Bu borclar 1 yanvar 2018-ci il tarixinədək təxminən 364 milyondan çoxdur”.
SOCAR Anlaşma Memorandumu imzaladı
SOCAR-AQŞ BAPEX şirkətinin elan etdiyi beynəlxalq tenderin qalibi olub və Banqladeş ərazisində 2 kəşfiyyat və 1 qiymətləndirmə quyusu qazacaq. “OLAYLAR”-ın şirkətə istinadən verdiyi xəbərə görə, Banqladeş Hökumətinin Qanunvericilik və Parlament Məsələləri Bölməsinin Baş katibi cənab Muhəmməd Şahidul Haq və Enerji və Mineral Ehtiyatlar Bölməsinin Katibi cənab Nazimuddinin Choudurinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində SOCAR AQŞ şirkətinin baş direktoru Ramin İsayevlə görüşüblər. Görüşdə SOCAR AQŞ və Bangladeş Neft Kəşfiyyatı və Hasilatı Şirkəti (BAPEX) arasında Banqladeş Xalq Respublikasının yeni neft-qaz layihələrində birgə iştirak üzrə Anlaşma Memorandumu imzalanmışdır.
Azərbaycan məhsulları “Gulfood 2018” Beynəlxalq Ərzaq Sərgisində
Fevralın 18-dən 22-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Gulfood 2018” Beynəlxalq Ərzaq Sərgisində Azərbaycan “Made in Azerbaijan” vahid ölkə stendi ilə təmsil olunur. Dubayın Beynəlxalq Ticarət Mərkəzində təşkil olunan sərgidə 120 ölkədən 5 mindən çox şirkət öz məhsullarını təqdim edir.
Vergilər Nazirliyindən xəbərdarlıq: vergidən yayınanlar qanun qarşısında cavab verəcəklər
Vergilər Nazirliyi vergi ödəyicilərinə müraciət edib. Nazirliyin Media və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, vergi sistemində həyata keçirilməsinə başlanılmış şəffaflığın təmin edilməsi və vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsi prinsipləri vergi ödəyicilərinin də öz öhdəliklərinə qanunauyğun yanaşmasını tələb edir. "Şəffaflıq yalnız vergi orqanlarının fəaliyyətini deyil, eyni zamanda vergi ödəyicilərinin də öz öhdəliklərinə düzgün yanaşmasını əhatə etməlidir. Vergilərini tam həcmdə və vaxtında ödəyən hər bir intizamlı ödəyici vergi orqanlarının etibarlı tərəfdaşı olacaq və belə ödəyicilər daim dəstəklənəcək", - deyə məlumatda vurğulanıb.
Tovuzda sahibkarlar üçün treninq keçirilib
Fevralın 19-da İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Tovuzda sahibkarlar üçün treninq keçirilib.İqtisadiyyat Nazirliyindən “Olaylar”a veriln məlumata görə, "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə KOS subyektləri üçün araşdırma və inkişaf imkanlarının təmin edilməsi üzrə müəyyən edilmiş istiqamətə uyğun keçirilən treninqdə iştirakçılara marketinq anlayışı, menecmentin mahiyyəti, insan resurslarının idarə edilməsi, Tovuz rayonunun iqtisadi pasportu, kənd təsərrüfatında ixtisaslaşmanın xüsusiyyətləri, “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı", üzümçülükdə məhsuldarlığın və səmərəliliyin yüksəldilməsi yolları və s. barədə ətraflı məlumat verilib.
Zərdabda yem emalı müəssisəsi açılıb
Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin birgə maliyyələşdirdiyi layihə çərçivəsində Zərdab rayonunun Gəlmə kəndində tikilmiş yem emalı müəssisəsi fəaliyyətə başlayıb.
Qeyri-neft sektorunun inkişafı regionların sosial-iqtisadi artımına təkan verir
Ölkədə qeyri-neft sektoruna ayrılan diqqət kənd təsərrüfatının inkişafına əlavə stimul verib. Etiraf edilməlidir ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları kənd təsərrüfatı sahəsinin inkişafına ciddi təsir göstərib. Təsadüf deyil ki, prezident İlham Əliyev Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda qeyd edib ki, ölkədə həyata keçirilən sosial-iqtisadi layihələr çərçivəsində ciddi uğurlara nail olunub: “Bizim məqsədimiz bu proqramları icra etməkdir.
“Kiçik sahibkarlığa dəstək” sərgi-satış yarmarkası keçiriləcək
27 fevral 2018-ci il tarixində saat 12:00-dan 20.00-dək Bakı Biznes Mərkəzində (Ünvan: Bakı şəhəri, Neftçilər prospekti, 44) İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə kiçik sahibkarların məhsul və xidmətlərinin sərgi-satış yarmarkası keçiriləcək. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, yarmarkada kiçik sahibkarların əl işləri (suvenirlər, oyuncaqlar, ağacdan oymalar), bal məhsulları, müxtəlif növ qablaşdırma məhsulları və s. nümayiş olunacaq və satışı həyata keçiriləcək.
Vergilər naziri İsveçrə səfiri ilə görüşüb
Türkiyə Dəmir Yolları “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Assosiasiyasının daimi üzvü oldu
Ankarada “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilib. “OLAYLAR” "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, tədbirdə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyə respublikalarının dəmir yolu və dəniz daşımaçılığı ilə məşğul olan şirkətlərinin rəhbərləri iştirak ediblər. Yığıncaqda ölkəmizi “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
İordaniyada və Misirdə Hökumətlərarası Komissiyanın iclasları keçiriləcək
19-20 fevral tarixində Əmmanda Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın, 21-22 fevralda isə Qahirədə Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası İqtisadi, Texniki və Elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın iclası keçiriləcək.
Özbəkistan səfiri: “Hökumət adından azərbaycanlı iş adamlarının investisiyalarına tam zəmanət verirəm”
Azərbaycanın iş adamlarından ibarət geniş tərkibli nümayəndə heyəti Özbəkistana səfər edib. “OLAYLAR” xəbər verir ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin başçılıq etdiyi nümayəndə heyətində inşaat-tikinti, qida, proqram təminatı, turizm, maliyyə, qablaşdırma, tekstil və başqa sahələrdə fəaliyyət göstərən şirkətlər təmsil olunurlar.














