Tovuzda sahibkarlar üçün treninq keçirilib
Fevralın 19-da İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Tovuzda sahibkarlar üçün treninq keçirilib.İqtisadiyyat Nazirliyindən “Olaylar”a veriln məlumata görə, "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə KOS subyektləri üçün araşdırma və inkişaf imkanlarının təmin edilməsi üzrə müəyyən edilmiş istiqamətə uyğun keçirilən treninqdə iştirakçılara marketinq anlayışı, menecmentin mahiyyəti, insan resurslarının idarə edilməsi, Tovuz rayonunun iqtisadi pasportu, kənd təsərrüfatında ixtisaslaşmanın xüsusiyyətləri, “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı", üzümçülükdə məhsuldarlığın və səmərəliliyin yüksəldilməsi yolları və s. barədə ətraflı məlumat verilib.
19 Fevral 2018 16:33 İqtisadiyyatFevralın 19-da İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Tovuzda sahibkarlar üçün treninq keçirilib.İqtisadiyyat Nazirliyindən "Olaylar"a veriln məlumata görə, "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə KOS subyektləri üçün araşdırma və inkişaf imkanlarının təmin edilməsi üzrə müəyyən edilmiş istiqamətə uyğun keçirilən treninqdə iştirakçılara marketinq anlayışı, menecmentin mahiyyəti, insan resurslarının idarə edilməsi, Tovuz rayonunun iqtisadi pasportu, kənd təsərrüfatında ixtisaslaşmanın xüsusiyyətləri, "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı", üzümçülükdə məhsuldarlığın və səmərəliliyin yüksəldilməsi yolları və s. barədə ətraflı məlumat verilib. Treninqdə iştirakçılar həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, Apellyasiya Şuraları və sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumatlandırılıb.