Türkiyə Dəmir Yolları “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Assosiasiyasının daimi üzvü oldu
Ankarada “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilib. “OLAYLAR” "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, tədbirdə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyə respublikalarının dəmir yolu və dəniz daşımaçılığı ilə məşğul olan şirkətlərinin rəhbərləri iştirak ediblər. Yığıncaqda ölkəmizi “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
19 Fevral 2018 13:05 İqtisadiyyatAnkarada "Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilib. "OLAYLAR" "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, tədbirdə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyə respublikalarının dəmir yolu və dəniz daşımaçılığı ilə məşğul olan şirkətlərinin rəhbərləri iştirak ediblər. Yığıncaqda ölkəmizi "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Tədbirdə "TCDD Daşımaçılık" SC-nin "Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin daimi üzvlüyünə qəbul edilməsi haqqında; "Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası HŞB İdarə Heyətinə edilmiş dəyişikliklərin təsdiq edilməsi haqqında; 2017-ci ildə və 2018-ci ilin yanvar ayında BTNM üzrə daşınan yüklərin həcminə dair hesabat; Texnoloji məsələlərin, BTNM üzrə yüklərin çatdırılma müddətinin, vaqon (platforma, yarımvaqon) parkının genişləndirilməsi məsələlərinin müzakirəsi, Xəzər dənizindəki limanlarda iş reqlamentinin (məsuliyyət, vaqonların verilmə növbəsinin müəyyən edilməsinin) təsdiq edilməsi haqqında; 2018-ci il üçün tariflərin təsdiq edilməsi haqqında; 2018-ci ilin ilk rübündə planlaşdırılan marketinq tədbirlərinin müzakirəsi; Maliyyə-təsərrüfat auditi üzrə maliyyə hesabatının təsdiq edilməsi haqqında və digər məsələlər müzakirə olunub. İki gün davam edən yığıncağın sonunda "Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası HŞB-nin Ümumi yığıncağının protokolunun və Türkiyə Cümhuriyyəti Dövlət Dəmir Yollarının "Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası HŞB-nin daimi üzvlüyünə daxil edilməsi haqqında müqavilənin imzalanması mərasimi keçirilib.