İqtisadiyyat
Energetika naziri Almaniyaya səfər edib
Energetika naziri Pərviz Şahbazov 16-17 fevral tarixlərində Bavariyanın paytaxtında keçirilən 54-cü Münhen Təhlükəsizlik Konfransında iştirak edib. “OLAYLAR” -a nazirliyin mətbuat xidmətindən bildirilib ki, konfrans çərçivəsində Pərviz Şahbazov bir sıra ikitərəfli görüşlər də keçirib.
Sabahın havası
Sabah Bakıda və Abşeron yarımadasında buludlu havaşəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata əsasən, gecə yarımadanın bəzi ərazilərində yağışın sulu qara çevrilmə ehtimalı var.
Gürcüstanda SOCAR-a məxsus benzin daşıyan maşın partladı
Gürcüstanın Kaxeti bölgəsində Telavi-Qombori magistral yolunda SOCAR şirkətinə məxsus benzin daşıyan maşın qəzaya uğrayıb. Maşın yol kənarına çıxıb və daha sonra güclü partlayış baş verib. Sürücü avtomobili vaxtında tərk edə bilib. İnsident zamanı xəsarət alan olmayıb.
"Şahdəniz 2" layihəsinə siyasi dəstək veririk - BƏYANNAMƏ
Fevralın 15-də "Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının nazirlərinin IV iclasında imzalanan birgə bəyannamənin mətninin bir hissəsi açıqlanıb. “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.
İstehlakçı hüquqlarına dair maarifləndirmə tədbiri keçirilib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə istehlakçıların hüquqları barədə növbəti konfrans və malları (işləri, xidmətləri) dövlət vəsaitləri hesabına satın alan təşkilatların nümayəndələri üçün treninq fevralın 16-da Biləsuvarda keçirilib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə,"Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda təşkil olunan Konfransda Dövlət Xidmətinin əməkdaşları məruzələrlə çıxış edib, ticarət və xidmət qaydalarının tələblərinə əməl olunması, xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların diqqət yetirməli olduğu məsələlər və s. barədə ətraflı məlumat veriblər.
Hacıqabul Sənaye Məhəlləsinin təşkili işləri davam etdirilir
Fevralın 16-da İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Hacıqabul Sənaye Məhəlləsində görüləcək işlər, Sənaye Məhəlləsinin sahibkarlar üçün üstünlükləri, istehsal və emal sahələrinin təşkili üçün yaradılacaq imkanlar barədə özəl bölmə nümayəndələrinin məlumatlandırılması və təklif edilən layihələrlə bağlı müzakirələrin aparılması məqsədilə sahibkarlarla görüş keçirilib.
Vergilər naziri Böyük Britaniya baş nazirinin ticarət elçisi ilə görüşüb
Vergilər naziri Mikayıl Cabbarov fevralın 15-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşüb. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, görüş zamanı iki ölkə arasında mövcud iqtisadi əlaqələr, əməkdaşlıq perspektivləri, vergi sahəsində əlaqələrin genişləndirilməsi, investisiya mühiti kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bununla yanaşı, vergilər naziri Birləşmiş Krallığın Gəlirlər və Gömrük Xidməti ilə ikitərəfli və çoxtərəfli müstəvidə səmərəli əməkdaşlığın mövcud olduğunu və Vergilər Nazirliyinin bu əməkdaşlığın vergitutmanın müxtəlif sahələri üzrə davam etdirilməsində maraqlı olduğunu bildirib.
Salyanda yeni aqropark və istixana kompleksi yaradılır
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu fevralın 16-da Salyan rayonunda işgüzar forum keçirib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlmata görə, Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti və bu ilin ötən dövründə verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə iştirakçılara məlumat verib. Bildirilib ki, 2018-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin ümumi dəyəri 152 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 18 milyon manat güzəştli kredit verilib.
Cənub Qaz Dəhlizi - Azərbaycanın regional və geosiyasi əhəmiyyətini artıran layihə
Son illər Azərbaycan bir çox qlobal əhəmiyyətli təşəbbüs və layihələrin gerçəkləşdiyi əsas məkanlardan, mərkəzlərdən birinə çevrilib. Yaxın tariximizdə reallaşan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihəsi, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və s. kimi bütün bu layihələr, təşəbbüslər Azərbaycanın iqtisadi qüdrətini artırmaqla yanaşı, onun həm region, həm də beynəlxalq aləmdəki yeri və rolunu da möhkəmlədib, nüfuzuna müsbət təsir göstərib. Eyni zamanda Azərbaycanın da bialavasitə təşəbbüskar və iştirakçısı olduğu bu kimi qlobal layihələr ölkəmizi yerləşdiyi coğrafiyada, Cənubi Qafqazda etibarlı tərəfdaşa çevirib.
Yoxlamaların azaldılması sahibkarlara nə verəcək?
Ölkədə sahibkarlğın inkişafına göstərilən dəstək özəl sektorun inkişafına müsbət təsiri ilə müşahidə olunmaqdadır. Dövlət tərəfindən sahbkarlara göstərilən dəstək sırasında yoxlamaların azadılması mühüm rol oynayır ki, bu siyasətin davam etdirilməsi gözlənir. Vergilər naziri Mikayıl Cabbarov bildirib ki, yaxın zamanlarda vergi yoxlamalarının sayı azaldılacaq: “Dövlət yaratdığı imkanlar qarşısında vergi ödəyicilərindən şəffaflıq tələb edir.
Nazirlikdən yumurta açıqlaması
Bakı şəhər sakinindən İqtisadiyyat Nazirliyinə mağazadan aldığı və yerli istehsal olan yumurtanın qaynadılarkən plastmasabənzər maddənin yarandığı barədə müraciət daxil olub. Bununla bağlı İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzi tərəfindən yumurtanın alındığı mağazadan nümunələr və Nazirliyə müraciət etmiş istehlakçının qaynadılarkən plastmasabənzər maddənin yarandığını bildirdiyi yumurtaların qalan hissəsi götürülərək laborator müayinəsi aparılıb.
Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlığının inkişaf istiqamətləri müzakirə olunub
İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan neftinin son qiyməti
Maroş Şevçoviç: "Cənub Qaz Dəhlizi" Avropanı enerji ilə təmin edəndə özümüzü daha etibarlı hiss edəcəyik"
"Bizim əsas məqsədimiz enerji təchizatı sahəsində iştirak edən tərəflər arasında münasibətlərdə şəffaflığın təmin olunmasıdır". Bunu Avropa Komissiyasının Enerji Birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç bu gün Bakıda keçirilən "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasına həsr olunan mətbuat konfransında deyib.
Maroş Şevçoviç: "Avropada infrastrukturla məşğul olan qurumlar "Cənub Qaz Dəhlizi"nə dəstəklərini ifadə ediblər"
"Bugünkü iclas çərçivəsində əvvəlki illərlə müqayisədə "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində icra olunan işlərin qiymətləndirilməsini apardıqda görürük ki, nəzərdə tutulan tədbirlər qrafikə uyğun aparılır". Bunu Avropa Komissiyasının Enerji Birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç bu gün Bakıda keçirilən "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasına həsr olunan mətbuat konfransında deyib.














