İqtisadiyyat

Maroş Şevçoviç: "Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşulması müzakirə edilir"

15 Fevral 2018 18:05

"Mən təsdiqləyə bilərəm ki, biz Türkmənistan hökumətinin nümayəndələri ilə təmaslar qururuq və Trans-Xəzər boru kəmərinin inşası ilə bağlı bizə mandat həvalə edilib". Bunu Avropa Komissiyasının Enerji Birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç bu gün Bakıda keçirilən "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasına həsr olunan mətbuat konfransında deyib.

Nazir: "TANAP layihəsi üzrə Azərbaycandan Türkiyəyə ilk qaz bu ilin ortalarında çatdırılacaq"

15 Fevral 2018 18:04

"Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasında ötən il ərzində həyata keçirilən işlər nəzərdən keçirilib və gələcəkdə keçiriləcək işlər müzakirə olunub. Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün Bakıda keçirilən "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasına həsr olunan mətbuat konfransında deyib.

"Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının nazirlərinin IV iclasında birgə bəyannamə imzalanıb

15 Fevral 2018 16:55

Bakıda "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclası başa çatıb. Məlumata görə, iclasın yekununda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən “Birgə Bəyannamə” imzalanıb. Bununla yanaşı, iclasın yekununda “Albgaz” və “SOCAR Balkans”, həmçinin “Plinacro”, “Albgaz”, “BH Gas” və “Montenegro Bonus” arasında niyyət məktubları imzalanıb.

İnnovativ sənayenin inkişafına həsr olunmuş Konfrans keçirilib

15 Fevral 2018 15:16

Fevralın 15-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanın innovativ sənaye trendləri: mövcud potensialı, inkişafı və perspektivləri” mövzusunda Konfrans keçirilib.

İqtisadi islahatlar Azərbaycan iqtisadiyyatının uzunmüddətli inkişafını təmin edəcək

15 Fevral 2018 14:51

Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar beynəlxalq təşkilatlar ərəfindən də müsbət dəyərlədirlir. Məlum olduğu kimi bir müddət öncə Azərbaycan 2018-ci ildə Dünya İqtisadi Forumunun (DİF) ənənəvi inklüziv inkişaf indeksində inkişaf edən ölkələr arasında üçüncü yeri tutub. Belə ki, ümumi daxili məhsulun alternativi kimi işlənib hazırlanmış inklüziv inkişaf indeksi insanların öz ölkələrində iqtisadi tərəqqini qiymətləndirdikləri meyarları daha dəqiq əks etdirir.

TANAP qaz kəməri bu ilin iyul ayında istifadəyə veriləcək

15 Fevral 2018 14:37

Trans-Anadolu (TANAP) qaz boru kəməri bu ilin iyul ayında istifadəyə veriləcək. Məlumata görə, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak bu gün Bakıda keçirilən "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasında bildirib. Onun sözlərinə görə, ötən ay artıq Trans-Anadolu (TANAP) qaz boru kəmərinin ilk sınaq işlərinə başlanılıb və iyul ayından boru kəmərinin istifadəyə verilməsi mümkün olacaq. 

Azərbaycan iqtisadiyyatının inkişafında yeni mərhələ

15 Fevral 2018 14:23

Azərbaycanda iqtisadi islahatlar davam etməkdədir. Xüsusən, qeyri-neft sektorunun inkişafı məqsədilə çoxsaylı tədbirlər həyata keçirilir. Bunun üçün isə ölkədə azad iqtisadi zonaların yaradılması zərurəti ortaya çıxıb. Məhz belə zonaların formalaşdırılmasını təmin edəcək qanunvericilik bazası hazırlanıb. Artıq ölkə parlamenti “Ələt azad iqtisadi zonası haqqında” yeni qanun layihəsi ni birinci oxunuşda qəbul edib.

Vicdanlı vergi ödəyicisinin səhv etməyə haqqı var?

15 Fevral 2018 14:07

“Vicdanlı vergi ödəyicisi ilə qeyri-vicdanlı davranan ödəyici arasında fərq qoyulmalıdır. Vicdanlı vergi ödəyicisinin səhv etməyə haqqı var. Vergi orqanının vəzifəsi bu səhvin baş vermə anını gözləmək deyil, onun bütün vasitələrlə qarşısını almaqdır. Belə yanaşma “vergi ödəyicisinə göstərilən xidmətlər” anlayışına yenidən baxılmasını və genişləndirilməsini tələb edir. O, biznesin təsis edilməsi və aparılmasına dəstək göstərilməsini də əhatə etməlidir.

Türkiyə şirkətləri Azərbaycanla birlikdə Cocuq Mərcanlıda layihələr həyata keçirəcək

15 Fevral 2018 11:30

Azərbaycan qardaş Türkiyənin Cocuq Mərcanlı kəndində layihə həyata keçirmək təşəbbüsünü bəyənir və layihənin reallaşdırılmasına hər cür dəstək göstərməyə hazırdır. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, bu barədə fevralın 14-də İqtisadiyyat naziri Şahin Mustafayevin Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşündə bildirilib.

“Ağ Qızıl Akademiyası” adlı layihə

14 Fevral 2018 20:03

Biləsuvar rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Biləsuvar rayon Gənclər və İdman İdarəsi təşkilati dəstəyi ilə Gənclər Fondunun X qrant müsabiqəsinin qalibi Sahil Hüseynzadənin “Ağ Qızıl Akademiyası” adlı layihəsi uğurla həyata keçirilib. Tədbirdə çıxış edən Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov bildirib ki, hazırda Prezident İlham Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə ölkəmiz öz inkişafının yeni bir mərhələsinə başlayıb. Respublikamızda sahibkarlığın inkişaf etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması və sahibkarlara hərtərəfli köməkliklər göstərilməsi pambıqçılığa olan marağı daha da artırıb. Ölkədə aqrar sahənin dinamik inkişafına nail olmaq üçün qarşıya qoyulan vəzifələr Biləsuvarda uğurla icra olunur.

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

14 Fevral 2018 17:34

01 yanvar 2018-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 9 mlrd. 398,3 mln. ABŞ dolları (15 mlrd. 978,1 mln. manat) olub. Maliyyə Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 22,8% (2017-ci il üçün hesablanmış 70 mlrd. 135,1 mln. manat ÜDM-ə nisbətdə) təşkil edib.  Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində hissəvi dəyişiklik ediləcək

14 Fevral 2018 17:23

Fevralın 15-dən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində hissəvi dəyişiklik ediləcək. “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, dəyişiklik Bakı-yük-Keşlə mənzilinin cüt yolunda aparılan təmir işləri ilə bağlı “Texniki fasilə”nin verilməsi ilə əlaqədar olaraq ediləcək.

Bir ayda benzindən əldə edilən gəlir açıqlandı

14 Fevral 2018 17:01

2018-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində satılan məhsulların dəyəri əvvəlki ilin eyni ayının səviyyəsini müqayisəli qiymətlərlə 2,4 faiz üstələyərək 2794,6 milyon manata bərabər olub.

“Prezident Heydər Əliyev” tankeri istismara qaytarılıb

14 Fevral 2018 16:06

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Dəniz Nəqliyyat Donanmasına məxsus “Prezident Heydər Əliyev” tankerinin təmiri başa çatıb. “OLAYLAR” Gəmiçiliyə istinadən xəbər verir ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmirdən sonra tanker dəniz sınaq yoxlanışından uğurla keçib və istismara qaytarılıb.

Turizm biznesi peşəkarları üçün ənənəvi illik tədbir keçiriləcək

14 Fevral 2018 16:05

Fevralın 15-də turizm biznesi peşəkarları üçün "B2B Luxury & MICE Workshop" adlı ənənəvi illik tədbir keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən “OLAYLAR”-a bildirilib ki, tədbirin təşkilatçıları Britaniyanın TMI Consultancy konsaltinq şirkəti və onun Azərbaycandan olan tərəfdarları olacaqlar. Vorkşopun iştirakçıları bir tərəfdən Azərbaycan turizminin lüks seqmentindən olan  aparıcı şirkətlər, digər tərəfdən isə dünyanın müxtəlif ölkələri və regionlarından  olan xarici beşulduzlu otellər, turoperaperatorlar və turizm ofislərinin nümayəndələri olacaqlar. B2B Luxury & MICE Workshop layihəsi çərçivəsində habelə 13 fevralda  Qazaxıstanda (Almatı)  və 17 fevralda Gürcüstanda (Tbilisi)  vorkşoplar keçiriləcək.