İqtisadiyyat

Azərbaycanın dövlət standartları “AZS” nişanı ilə nişanlanacaq

14 Fevral 2018 15:16

Yeni hazırlanan “Standartlaşdırma haqqında” qanun layihəsi 6 fəsil, 27 maddədən ibarətdir. Qanun layihəsi standartlaşdırmanın məqsəd və prinsiplərinin, standartlaşdırma sahəsində normativ sənədlərin hazırlanması, qəbul edilməsi və tətbiqi prosesinin, standartlaşdırma fəaliyyətlərinin maliyyələşdirmə mənbələrinin, standartlaşdırma sahəsində beynəlxalq əməkdaşlıq məsələlərinin və standartlaşdırma subyektlərinin bu sahədə fəliyyətinin hüquqi əsaslarını müəyyən edir.

Sahibkarlar Masallı Sənaye Məhəlləsinə böyük maraq göstərirlər

14 Fevral 2018 14:38

Masallı Sənaye Məhəlləsinin inzibati binasında Sənaye Məhəlləsinin sahibkarlar üçün üstünlükləri, istehsal və emal sahələrinin təşkili üçün yaradılacaq imkanlar barədə sahibkarların məlumatlandırılması və təklif edilən layihələrlə bağlı müzakirələrin aparılması məqsədilə iş adamları ilə görüş keçirilib.

Deputat yenə də problemli kreditlər məsələsini qaldırdı

14 Fevral 2018 14:31

"Manatın gələcək taleyi ilə bağlı Mərkəzi Bankın sədri Elman Rüstəmovun proqnozu nikbindir. Həmçinin, Elman müəllim deyib ki, dollarla verilən kreditlər diqqət mərkəzindədir. Hazırda bu məsələ üzərində iş gedir.

Azərbaycan-Almaniya iqtisadi əlaqələri müzakirə edilib

14 Fevral 2018 14:28

İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxele ilə görüşüb. Görüşdə iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi, o cümlədən investisiya, sənaye, ölkəmizdə yaradılan sənaye zonalarında alman şirkətlərinin iştirakı və digər məsələlər müzakirə olunub.

Əhalinin ərzağa xərclədiyi pulun məbləği açıqlandı

14 Fevral 2018 13:40

Bu ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni ayının səviyyəsini müqayisəli qiymətlərlə 2,4% üstələyərək 2 794,6 mln. manata bərabər olub.

“Rəqabət Məcəlləsinin qəbul edilməməsi sahibkarları da narahat edir”

14 Fevral 2018 13:38

“Manatın gələcək taleyi ilə bağlı Mərkəzi Bankın sədri Elman Rüstəmovun proqnozu nikbindir. Həmçinin, Elman müəllim deyib ki, dollarla verilən kreditlər diqqət mərkəzindədir. Hazırda bu məsələ üzərində iş gedir. Bizə də dollar-manatla verilən kreditlərlə bağlı insanlar tərəfindən müraciətlər olur. Bu məsələni banklara deyən zaman sağ olsunlar, bizə 30-40 faiz güzəşt edirlər”.

Deputat benzin və tibbi avadanlıqların yoxlanılmasını tələb etdi

14 Fevral 2018 13:32

 Millət vəkili Vahid Əhmədov Standartlaşama, meterologiya və Patent Komitəsinin ölkədəki məhsullara keyfiyyəti nəzarəti həyata keçriən qurumdur və qarşısında böyük öhdəliklər var. “Olaylar” verir ki, Milli Məclisin iqtisadi siyasət. sənaye və sahibkarlıq komitəsinin iclasında millət vəkili Vahid Əhmədov deyib.

Amerikanın neftin qiymətləri ilə bağlı “strategiyası” işə salınır

14 Fevral 2018 12:16

“Son 20 gün ərzində dünya bazarlarında neftin qiyməti 8,1 dollar və ya 11,5 faiz ucuzlaşıb. Yəni 20 gün öncə bir bareli 70,8 dollara satılan neft, indi 62,7 dollara satılır”. “OLAYLAR” xəbər verir ki, məsələ ilə bağlı fikirlərini bölüşən iqtisadçı ekspert Fikrət Yusifov deyib ki, 2016-cı ilin yanvar ayından sonra neftin qiymətlərində belə kəskin azalma müşahidə olunmayıb: “Qiymətlərdə kəskin azalmalar 2014-cü ilin ikinci yarısından başlayaraq 2015-ci ilin sonlarına qədər müşahidə edilmişdi.

Vergilər Nazirliyi Vergi Məcəlləsinə dəyişikliklər paketi hazırlayır

13 Fevral 2018 15:19

Vergilər Nazirliyi ölkənin Vergi Məcəlləsinə dəyişikliklər paketi hazırlayır. Məlumata görə, bunu "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda vergilər naziri Mikayıl Cabbarov deyib. Nazir bildirib ki, dəyişikliklər paketi vergi idarəetməsində sahibkarların üzləşdiyi əsas problemlərin həll olunmasına imkan yaradacaq.

Gəmiçilikdə “Təhlükəsizlik Günü” keçirilib

13 Fevral 2018 15:08

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbər şəxsləri üçün “Təhlükəsizlik Günü” keçirilib. “OLAYLAR” Xəzər Dəniz Gəmiçiliyinə istinadən xəbər verir ki, toplantıda ötən il dünya gəmiçiliyində qeydə alınan hadisələrə nəzər salınıb, onların başvermə səbəblərindən danışılıb, dənizçilikdə tətbiq olunan yeniliklər barədə iştirakçılara məlumat verilib. Tədbirdə ötən ilin IV rübündə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində qeydə alınmış hadisələrin təsviri verilib. 2017-ci ilin noyabrında Gəmiçilikdə “Amerika Gəmiçilik Bürosu” (ABS) tərəfindən keçirilmiş xarici auditin nəticələri, son 3 ayda “Təhlükəsizliyin Keyfiyyətli İdarəedilməsi Sistemi”ndə (TKİS) edilmiş dəyişikliklər, donanmalar və idarələrdə 2017-ci ilin IV rübü üzrə KSƏTƏMM statistikası, idarələr üzrə təkrarlanan nöqsanlarla bağlı məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.

Yeni bir qlobal maliyyə böhranı gözlənilirmi?

13 Fevral 2018 14:49

Bir neçə il əvvəl dünyanı bürüyən qlobal maliyyə böhranının fəsadları tam aradan qaldırılmadan yeni bir böhranın yaxınlaşdığı barədə müxtəlif fikirlər, proqnozlar səsləndirilir. Bu isə daha çox qlobal güclərinin dünyadakı iqtisadi prosesləri təsir imkanları ilə əlaqələndirilir. Bəs görəsən iqtsadçılar bu barədə nə düşünür? Yeni bir qlobal böhran gözləniləndirmi?

Vergi yoxlamalarının sayı azaldılacaq

13 Fevral 2018 13:05

"Vergi yoxlamalarının kəmiyyətinin deyil, keyfiyyətini artırmalıyıq". Bunu vergilər naziri Mikayıl Cabbarov "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda çıxışı zamanı bildirib. "Vergi yoxlamalarının sayını azaltmalıyıq və azaldacağıq, biznes yoxlamaları azaldılacaq. Yoxlamalar və sanksiyaların tətbiqi məqsəd deyil. Lakin qanunu pozana qarşı sanksiyaların tətbiq olunması birmənalıdır. Qanun hamı üçün birdir. Kiçik və böyük şirkət olmasından asılı olmayaraq hər kəs vergi qanunlarına əməl etməlidir", - deyə M.Cabbarov vurğulayıb.

Ekspert: “Uçot dərəcəsinin azaldılmasl depozit faizlərinin də aşağı düşməsinə səbəb olacaq”

13 Fevral 2018 11:11

"Mərkəzi Bank uçot stavkasını 15 faizdən 13 faizədək endirib. Güman olunur, uçot stavkasının azaldılmasl depozit faizlərinin də aşağı düşməsinə səbəb olacaq. Bu isə o deməkdir ki, Əmanətlərin Sığortalanması Fondu da qorunan əmanətlər üzrə faiz dərəcələrini aşağı sala bilər”.

Neftin ucuzlaşması davam edir

12 Fevral 2018 15:47

Neft istehsalçısı olan ölkələrin ciddi cəhdlərinə baxmayaraq dünya bazarında brent markalı neftin bir barelinin qiyməti 65 dollaradək ucuzlaşıb. 70 dollarlıq psixoloji həddi keçən “qara qızıl” yenidən dəyər itirməkdədir.

Alternativ və bərpa olunan mənbələr hesabına elektrik enerjisi istehsalının artırılması....

12 Fevral 2018 15:33

Bu birmənalıdır ki, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu əvəzsizdir. Zaman-zaman Rusiya ilə meydana gələn problem səbəbindən enerji təhlükəsizliyini risk altına qoyan Avropa bu üzdən Bakı ilə əlaqələrin inkişaf etdirilməsinə üstünlük verir. Artıq Avropanın özündə də Azərbaycanın yeri və rolunu açıq şəkildə ifadə edir, öz həyatlarının xilası, enerji təhlükəsizliklərinin təminatı baxımından Bakı ilə daha sıx əlaqələrə üstünlük verirlər. Bu müsbət tendensiya müntəzəm olaraq Avropanın müxtəlif ölkələrində enerji məsələlərinə dair keçirilən toplantılarda, konfrans və forumlarda öz əksini tapır, açıq şəkildə vurğulanır.