İqtisadiyyat
Qazaxda aqropark və sənaye müəssisələri yaradılır
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlıq fəaliyyətinin təşviqi, sahibkarlarla müvəkkil kredit təşkilatları arasında işgüzar əlaqələrin gücləndirilməsi və güzəştli kreditlərin verilməsi məqsədilə “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair bu ilin ilk işgüzar forumunu Qazax rayonunda keçirib. 200-dək sahibkarın iştirak etdiyi Forumda Qazax rayonunun iqtisadi potensialına uyğun olaraq kartofçuluq, kiçik cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, sənaye üsulu ilə bal emalı, ət kəsimi və süd emalı müəssisələrinin, həmçinin 3 ulduzlu otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr, eləcə də digər metodiki materiallar təqdim olunub.
“Moody’s”: Azərbaycanda bəzi özəl banklar bağlana bilər
“Azərbaycanın zəif bank sektorunda neft qiymətlərinin təsiri hələ də hiss olunur”. Bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyinin Azərbaycanla bağlı dərc etdiyi “İqtisadi diversifikasiyanın perspektivləri” adlı sənəddə qeyd olunub.
“Excelsior Hotel & Spa Baku” oteli ilin otel və SPA kompleksi seçilib
“Excelsior Hotel & Spa Baku” oteli “Business Time” jurnalı tərəfindən ilin otel və SPA nominasiyası üzrə “Azeri Business Award 2017” Milli mükafatına layiq görülüb. “OLAYLAR”-a daxil olan məlumatra görə, mükafat 10 fevral 2018-ci il tarixində “Azeri Business Award” mükafatının təqdimetmə mərasimində “Excelsior Hotel & Spa Baku” otelinin baş meneceri Turhan Poyraza təqdim edilib.
Bakı-Köçərli-Bakı sərnişin qatarının hərəkəti dayandırılır
Fevralın 15-dən etibarən Bakı-Köçərli-Bakı sərnişin qatarının hərəkəti dayandırılır. “OLAYLAR” xəbər verir ki, bu barədə məlumatı “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki, Bakıdan 15.02.2018-ci il tarixdən, Köçərlidən isə 16.02.2018-ci il tarixdən etibarən 656/655 nömrəli Bakı-Köçərli-Bakı sərnişin qatarının hərəkəti dayandırılır.
Elman Rüstəmov: "2018-ci ildə iqtisadi artım üzrə pozitiv dinamikanın qorunacağı gözlənilir"
"2017-ci ildə makroiqtisadi sabitliyin güclənməsi iqtisadi aktivliyin canlanmasına müsbət təsir edib". Bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədriElman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ildə qeyri-neft sektorunda 2,7%-lik iqtisadi artım baş verib.
Azərbaycan Mərkəzi Bankı yeni fiskal və monetar qaydalara keçəcək
"Azərbaycan Mərkəzi Bankı yeni fiskal və monetar qaydalara keçəcək". Bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədriElman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, belə olan şəraitdə AMB yaranmış status-kvonu saxlamağa çalışacaq.
Elman Rüstəmov inflyasiyanın aşağı düşməsinin səbəblərini açıqlayıb
"Dövlət Statistika Komitəsinin məlumatına görə cari ilin yanvar ayında orta illik inflyasiya 5,5% təşkil edib". Bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib.
Mərkəzi Bankdan manatla bağlı VACİB QƏRAR
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 12 fevral 2018-ci il tarixində uçot dərəcəsinin 15%-dən 13%-ə, faiz dəhlizinin yuxarı həddinin 18%-dən 16%-ə, aşağı həddinin isə 10%-dən 8%-ə endirilməsi barədə qərar qəbul edib.
Şairlər də vergi ödəyəcək? - Nazirlikdən açıqlama
Şair dediyi şeirdən pul qazanırsa, vergi ödəməlidir. Bu gün bir sıra KİV-lərdə Vergilər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Şahin Məmmədovun adından belə bir açıqlama yer alıb.
Sabirabad Sənaye Məhəlləsinin yaradılması işləri davam etdirilir
Fevralın 9-da İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Sabirabad Sənaye Məhəlləsində görüləcək işlər, Sənaye Məhəlləsinin sahibkarlar üçün üstünlükləri, istehsal və emal sahələrinin təşkili üçün yaradılacaq imkanlar barədə özəl bölmə nümayəndələrinin məlumatlandırılması və təklif edilən layihələrlə bağlı müzakirələrin aparılması məqsədilə sahibkarlarla görüş keçirilib.Nazirlikdən “Olaylar”a verilən məlumata görə, tədbirdə İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi, sənayenin inkişafı və rəqabət qabiliyyətinin yüksəldilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirlərinin iqtisadi inkişafda mühüm əhəmiyyətini vurğulayıb.
Regionların sosial-iqtisadi inkişaf proqramları kənd təsərrüfatı sahəsində dönüş yaradıb
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası qeyri-neft sektorunun inkişafına səbəb olub. Xüsusilə kənd təsərrüfatı sahəsində həyat keçirilən layihələr bu sahənin dinamik inkişafı ilə müşahidə olunub. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda prezident İlham Əliyev qeyd edib ki, ölkədə kənd təsərrüfatını stimullaşdırmaq üçün böyük meliorativ tədbirlər görülüb: “ Yüz minlərlə hektar torpağın meliorativ vəziyyəti yaxşılaşdırılmış və ya yeni suvarılan sahələr dövriyyəyə buraxılmışdır. Dörd su anbarı tikilmişdir. Xüsusilə, onların arasında ən böyük Taxtaköprü və Şəmkirçay su anbarlarını qeyd etmək istəyirəm.
Mənfi kredit tarixçəsinə malik şəxslər barədə informasiyalar AKB-nin məlumat bazasına ötürüləcək
"Bu günə qədər mənfi kredit tarixçəsinə malik şəxslər haqqında bütün məlumatlar Azərbaycan Kredit Bürosunun məlumat bazasına ötürüləcək". Bunu Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev deyib.
Deputat: “Qida Təhlükəsizliyi Agentliyi belə halların qarşısını alacaq”
“Hər bir normal insan sağlamlığını düşünməlidir. Yeyinti məhsullarının süfrələrə gətirilməsi məsələsi həmişə nəzarətdə olmalıdır”. “Olaylar”ın məlumatına görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsi sədrinin müavini Eldar Quliyev deyib.
Komitə sədri: “Qida məhsullarının keyfiyyəti artırılmalıdr”
“Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi, ümumiyyətlə, ölkəyə gətirilən və ölkədə istehsal olunan qida məhsullarının keyfiyyətinin artırılması, daha da yaxşılaşdırılması üçün istər “Fitosanitar nəzarəti haqqında”, istərsə də “Yeyinti məhsulları haqqında” qanunlara dəyişikliklər edilməsi vacibdir”.
Qida Təhlükəsizliyi Agentliyinin sədri: “Bu sahədə islahata ehtiyac var”
"Azərbaycanda Qida Təhlükəsizliyi Agentiyinin yaranması o demək deyil ki, indiyədək ölkəmizdə bu sahəyə nəzarət edilmirdi. Sadəcə, indiyə kimi bu nəzarət icra orqanları tərəfindən həyata keçirilirdi”. “Olaylar”ın məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.














