İqtisadiyyat

Bütün hesabatlarda Azərbaycanın adının yüksəlməsini müşahidə edirik

9 Fevral 2018 15:40

“Dövlət gəlirlərimiz neft ixracından əldə olunan qazancdan asılı olduğundan, 2014-cü ilin iyun ayından dünya bazarlarında qiymətlərin enməsindən bir çox mövqeləri itirməli olmuşduq.

Mənzilləri bir neçə səxsə satmaq mümkün olmayacaq

9 Fevral 2018 14:41

Yeni tikilən çoxmənzilli binalardakı evlərin bir neçə şəxsə satılması barədə məlumatlar vətəndaşları narahat etməkdədir. Etiraf edilməlidir ki, bu kimi faktlar dəfələrlə qeydə alınıb və hətta çinayət məsuliyyətinə cəlb edilən tikinti şirkətlərinin rəhbərləri də var. Lakin qanunvercilikdəki boşluqlar belə halların qarşısını almaqda çətinlik yaradırdı. Artıq qanunvericiliyə edilən dəyişikliklər mənzillər üzərində sahiblərinin hüquqlarının tanınmasına şərait yaradacaq. Hüquqşünas Alim Hüseynli bildirib ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə edilən əlavə və dəyişikliklər bir mənzilin bir neçə şəxsə satılmasının qarşısını alacaq.

Lahıca qaz xətti çəkilir

9 Fevral 2018 14:19

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Lahıc kəndinin qısa zamanda təbii qazla təmin olunması üçün qazlaşdırma işlərinə başlanılıb. “OLAYLAR” Istehsalat Birliyinə istinadən xəbər verir ki, layihəyə uyğun olaraq kənddə yerləşən 510 evin qazlaşdırılması üçün 19 300 metr uzunluğunda müxtəlif diametrli metal və polietilen borulardan ibarət daşıyıcı qaz kəmərlərinin, 20 800 metr uzunluğunda müxtəlif diametrli metal borularla paylayıcı qaz xətlərinin, eyni zamanda məxbəxdə yerləşən qaz cihazına qədər 7900 metr mənzildaxili qaz borularının çəkilməsi, hər bir mənzilin qaz sayğacı və fərdi tənzimləyici ilə təmin olunması nəzərdə tutulub.

Beynəlxalq Banka yeni baş direktor təyin edilib

9 Fevral 2018 13:58

Bankın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, İnsan resursları və administrasiya üzrə İcraçı direktor Aynur Süleymanlı karyerasını Azərbaycan Beynəlxalq Bankında davam etdirəcək. Belə ki, A.Süleymanlı dövlət bankında İnsan resursları və administrasiya üzrə Baş direktor vəzifəsinə təyinat alıb.

Palata banklarla bağlı diaqnostikanın nəticələrini açıqladı

9 Fevral 2018 12:36

Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi prioritet hədəfi üzrə Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) görüş keçirilib.

Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu xətti ilə ilk sınaq yük qatarı yola salındı

8 Fevral 2018 16:47

Bu ilin mart ayında Azərbaycan və İran prezidentlərinin iştirakı ilə Astara (Azərbaycan)-Astara (İran) beynəlxalq dəmir yolunun istifadəyə verilməsi gözlənilir. “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, bu gün Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu marşrutu ilə Rusiya Federasiyasından gələn 6 vaqondan ibarət ilk sınaq yük qatarı İrana yola salınıb. Vaqonların yükü taxta və MDF-dən ibarətdir.

Azərbaycanda turizmin inkişafını şərtləndirən başlıca amillər

8 Fevral 2018 14:27

Son illərdə Azərbaycanda qeyri-neft sektorunun nəzərəçarpacaq dərəcədə inkişafı turizm sektorunun inkişafına da öz müsbət təsirini göstərib. Ümumiyyətlə isə, 2004-cü ildən etibarən ölkədə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları ölkədə turizm sektorunun inkişafına öz müsbət təsirini göstərib. Dövlət Proqramının icrası çərçivəsində turizm istirahət zonalarında mehmanxana və otellər şəbəkəsinin yaradılması, infrastrukturun yenilənməsi xarici turistlərin ölkəmizə olan marağını artırıb. Bunu istər keçən ilin yekunları, istərsə də bu ilin yanvar ayına olan statistik göstəricilər də təsdiqləyir.

Özəlləşdirilmə siyasəti müsbət nəticəsini verməkdədir

8 Fevral 2018 14:26

Azərbaycanda həyata keçirilən çoxşaxəli iqtisadi inkişaf kursunun mühüm istiqamətlərindən birini də özəlləşdirmə təşkil edir. Təsadüfi deyil ki, ötən müddət ərzində ölkəmizdə özəlləşdirmə siyasəti gözlənilən effektiv nəticələri verib və iqtisadi inkişafın sürətlənməsində, azad biznesin dərinləşməsində, xarici sərmayədarların respublikamıza axınında və milyardlarla dollar investisiyaların qoyuluşunda mühüm rol oynayıb.

Strateji Yol Xəritəsi üzrə müzakirələr davam etdirilir

8 Fevral 2018 14:04

İqtisadiyyat Nazirliyində “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair” Strateji Yol Xəritəsi üzrə nəzərdə tutulmuş tədbirlərin icrası üzrə Nazirlikdə yaradılmış İşçi Qrupun növbəti iclası keçirilib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, təhsil, maliyyə, vergilər və ədliyyə nazirliklərinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının, Əmlak Məsələləri Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələrinin iştirak etdiyi iclasda İqtisadiyyat Nazirliyinin əlaqələndiricisi olduğu “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair” Strateji Yol Xəritəsi üzrə tədbirlərin icrası üzrə görülmüş işlər müzakirə edilmiş, nəzərdə tutulan işlərə dair fikir mübadiləsi aparılmışdır.

Qida xəbərləri portalı fəaliyyətə başladı

8 Fevral 2018 12:29

Azərbaycanın ilk qida xəbərləri portalı - Foodinfo.az fəaliyyətə başlayıb. Oxucular portalda sağlam və zərərli qidalar, dieta qaydaları, marketlər, marketlərdən ideal alış-veriş qaydaları, restoranlar, keyfiyyətə nəzarət və s. barədə özəl xəbərlər, məqalələr oxuyacaqlar. Portalda habelə, qida şirkətləri, marketlər şəbəkəsi və s. üzrə müxtəlif reytinq cədvəlləri hazırlanaraq oxuculara təqdim ediləcək. Foodinfo.az qida xəbərləri portalının redaktoru jurnalist Orxan Əlidir.

Çinin Şaansi əyaləti ilə əməkdaşlıq müzakirə edilib

8 Fevral 2018 11:25

İqtisadiyyat naziri Şahin Mustafayev Çin Xalq Respublikasına səfər çərçivəsində Şaansi əyalətinin qubernatoru Liu Goucun ilə görüşüb. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Şaansi əyaləti ilə əməkdaşlıq perspektivlərinə dair geniş fikir mübadiləsinin aparıldığı görüşdə nazir Şahin Mustafayev Azərbaycanın Çinlə ikitərəfli əlaqələrin inkişafına böyük önəm verdiyini, ölkələrimizin ticarət, investisiya, maliyyə və texniki əməkdaşlıq sahələrində əlaqələrini, tranzit əlaqələrinin genişləndirilməsinin prioritetliyini vurğulayıb, ölkəmizin Çinin regionları ilə də əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb.

Ekspert: “Neftin qiymətində ucuzlaşmalar davamlı olarsa…”

8 Fevral 2018 11:23

Brent markalı neftin bir barelinin qiyməti 65 dollaradək ucuzlaşıb. 70 dollarlıq psixoloji həddi keçən “qara qızıl” yenidən dəyər itirməkdədir. Bir sıra beynəlxalq tədqiqat qurumları neftin qiymətində yenidən azalmaların olacağını proqnozlaşdırırlar. İqtisadçı ekspert Vüqar Bayramov “Olaylar”a bildirib ki, neftin son qiymət artımları hasilatın azalması ilə yanaşı həmçinin spekulyativ müdaxilələr ilə bağlı idi: “Bəzi hedg və valyuta fondları son aylar neft bazarında fəallığı artıraraq qiymətin artmasını stimullaşdırmağa çalışırdılar.

Keçən ay Azərbaycana gələn turistlərin sayı artıb

7 Fevral 2018 17:34

Cari ilin yanvar ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 185 min nəfəri keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17% artım deməkdir. “OLAYLAR” xəbərinə görə, bu barədə məlumat Mədəniyyət və Turizm Nazirliyindən daxil olub. Bildirilib ki,  Azərbaycana gələn xarici vətəndaşlarının sayına görə üstünlük təşkil edən ölkələr qonşu ölkələr olan Rusiya Federasiyası (59 990 nəfər), Gürcüstan (45 679 nəfər),  Türkiyə (24 276) və İran İslam Respublikası (13 437 nəfər), həmçinin Birləşmiş Ərəb Əmirlikləri (8 265 nəfər) olmuşdur. Bu 5 ölkədən gələn xarici vətəndaşların sayı yanvar ayı ərzində ölkəmizə gələn xarici ziyarətçilərin 82%-ni təşkil edib.

“Qüds – İƏT Gənclər Paytaxtı” proqramı ali dövlət nişanı ilə təltif edildi

7 Fevral 2018 17:03

Fələstin administrasiyasının paytaxtı Ramllahda keçirilən “Qüds – İslam Dünyası Gənclər Paytaxtı” proqramının təntənəli açılış mərasimində Fələstin Prezidenti Mahmud Abbas İƏT Gənclər Forumu sədri səfir Elşad İskəndərovu Fələstinin ali dovlət nişanı olan Qüds Ulduzu Ordeni ilə təltif etdi. “OLAYLAR”-a daxil olan məlumata görə, Mahmud Abbas müsəlmanların ilk qibləsi olan Qüdsün adına verilən ordenin Elşad İskəndərova Qüdsün beynəlxalq statusunun qorunması və “Qüds – İslam Dünyası Gənclər Paytaxtı” proqramının müxtəlif çətinliklərə rəğmən həyata keçirilməsində xidmətilərinə görə təltif edildyini vurğuladı.