Çinin Şaansi əyaləti ilə əməkdaşlıq müzakirə edilib

İqtisadiyyat naziri Şahin Mustafayev Çin Xalq Respublikasına səfər çərçivəsində Şaansi əyalətinin qubernatoru Liu Goucun ilə görüşüb. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Şaansi əyaləti ilə əməkdaşlıq perspektivlərinə dair geniş fikir mübadiləsinin aparıldığı görüşdə nazir Şahin Mustafayev Azərbaycanın Çinlə ikitərəfli əlaqələrin inkişafına böyük önəm verdiyini, ölkələrimizin ticarət, investisiya, maliyyə və texniki əməkdaşlıq sahələrində əlaqələrini, tranzit əlaqələrinin genişləndirilməsinin prioritetliyini vurğulayıb, ölkəmizin Çinin regionları ilə də əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb.

İqtisadiyyat naziri Şahin Mustafayev Çin Xalq Respublikasına səfər çərçivəsində Şaansi əyalətinin qubernatoru Liu Goucun ilə görüşüb. İqtisadiyyat Nazirliyindən "Olaylar"a verilən məlumata görə, Şaansi əyaləti ilə əməkdaşlıq perspektivlərinə dair geniş fikir mübadiləsinin aparıldığı görüşdə nazir Şahin Mustafayev Azərbaycanın Çinlə ikitərəfli əlaqələrin inkişafına böyük önəm verdiyini, ölkələrimizin ticarət, investisiya, maliyyə və texniki əməkdaşlıq sahələrində əlaqələrini, tranzit əlaqələrinin genişləndirilməsinin prioritetliyini vurğulayıb, ölkəmizin Çinin regionları ilə də əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. Nazir Şahin Mustafayev Şaansi əyalətində yerləşən şirkətlərin Azərbaycanda yaradılan sənaye parklarında investor kimi iştirak edə biləcəyini, parkın rezidentləri üçün tətbiq edilən güzəştlərdən, eləcə də investisiya təşviqindən yararlana biləcəyini vurğulayıb. Şaansidən olan iş adamları Ələt azad ticarət zonasında da iştirak edə bilərlər. Avtomobil sənayesi sahəsində əməkdaşlıq imkanları barədə danışan Şahin Mustafayev Şaansi avtomobil zavodunun istehsal etdiyi yük maşınlarının və avtobusların Azərbaycanda da satıldığını qeyd edib. Azərbaycanda yaradılan sənaye məhəllələri barədə məlumat verən iqtisadiyyat naziri birgə istehsalın təşkil oluna biləcəyini vurğulayıb, iqtisadiyyatın müxtəlif sahələrində birgə müəssisələrin yaradılmasının, İKT-nin əməkdaşlıq istiqamətlərindən olduğunu qeyd edib.Şaansi əyalətinin qubernatoru Liu Quocun qədim İpək yolu üzərində yerləşən Azərbaycanın son illər hərtərəfli inkişafını məmnunluqla müşahidə etdiklərini bildirib, "Kəmər və yol" strategiyası çərçivəsində ölkəmizlə əlaqələrin genişləndirildiyini bildirib. Çinin Sian şəhərinə səfər zamanı iqtisadiyyat naziri Şahin Mustafayev həmçinin, İpək Yolu Beynəlxalq Ticarət Palatasının sədri Li Cunxan ilə görüşüb. Nazir Şahin Mustafayev İpək yolu ölkələri arasında ticarət-investisiya və mədəni əməkdaşlığın dəstəklənməsi sahəsində fəaliyyət göstərən fondla iqtisadi sahədə əməkdaşlıq imkanlarına dair müzakirələr aparıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31