İqtisadiyyat
“Qüds – İƏT Gənclər Paytaxtı” proqramı ali dövlət nişanı ilə təltif edildi
Fələstin administrasiyasının paytaxtı Ramllahda keçirilən “Qüds – İslam Dünyası Gənclər Paytaxtı” proqramının təntənəli açılış mərasimində Fələstin Prezidenti Mahmud Abbas İƏT Gənclər Forumu sədri səfir Elşad İskəndərovu Fələstinin ali dovlət nişanı olan Qüds Ulduzu Ordeni ilə təltif etdi. “OLAYLAR”-a daxil olan məlumata görə, Mahmud Abbas müsəlmanların ilk qibləsi olan Qüdsün adına verilən ordenin Elşad İskəndərova Qüdsün beynəlxalq statusunun qorunması və “Qüds – İslam Dünyası Gənclər Paytaxtı” proqramının müxtəlif çətinliklərə rəğmən həyata keçirilməsində xidmətilərinə görə təltif edildyini vurğuladı.
Azərbaycanda elektrik stansiyaları özəlləşdiriləcək?
“Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, Komitə tərəfindən elektrik enerjisi sektorunun liberallaşdırılması tədbirləri çərçivəsində elektrik stansiyalarının özəlləşdirilməsi imkanları nəzərdən keçirilir.
Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərən müəssisənin Rusiyada keçirilən sərgidə iştirakının qarşısı alınıb
Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən "Prodexpo 2018" Beynəlxalq Ərzaq Sərgisində Azərbaycan Respublikasının işğal altında olan Xankəndi şəhərində fəaliyyət göstərən "Stepanakert Konyak Zavodu”nun iştirak üçün müraciətinə və sərginin kataloquna şirkətin adının daxil olunmasına İqtisadiyyat Nazirliyi tərəfindən dərhal reaksiya verilib.
Sianda Azərbaycanın investisiya mühiti və tranzit potensialı təqdim olunub
“Çinlə tranzit sahəsində əməkdaşlıq prioritet istiqamətlərdəndir. Çinin “Kəmər və Yol” təşəbbüsünün reallaşmasında Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyəti böyükdür. Bu dəhlizin potensialından istifadə iqtisadi sahədə, xüsusilə investisiya, ticarət, tranzit sahəsində əməkdaşlıq üçün əlverişli zəmin yaradır”. İqtisadiyyat Nazirliyindən “Olaylar2a verilən məlumata görə, bu barədə fevralın 7-də Çinin Sian şəhərində “Kəmər və Yol təşəbbüsünün təşviqində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin rolu” mövzusunda təqdimatda iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
Bank kartlarının verilməsi zamanı hansı qanun pozuntuları ola bilər?
Son illər ölkədə nəğd hesablaşmaların tədricən ləğvi, bu və ya digər ödənişlərin kart vasitəsilə həyata keçirilməsi bir sıra üstünlüklərə səbəb olub. Bir sıra sahələrdə ödənişlərin tədricən kartla həyata keçirilməsi ilk növbədə rüşvətxorluq, əlavə vəsait mənimsəmə kimi halların aradan qaldırılmasına yol açıb. Amma ekspertlər hesab edirlər ki, əldə edilən nəticələrlə yanaşı, müəyyən mənfi tendensiyalar da mövcuddur. İqtisadçı ekspert Əkrəm Həsənov hesab edir ki, Azərbaycanda əmək haqqı, pensiya, müavinət və təqaüd kartları həm milli qanunvericiliyin, həm də beynəlxalq aləmdə qəbul edilmiş sağlam bank praktikası tələbləri baxımdan misli görünməyən hüquq pozuntusu ilə buraxılır.
Xidmət sahəsində çalışanlar könüllü vergi ödəməkdən yayınırlar
Vergi qanunvericiliyinə könüllü əməl etməklə vergi öhdəliklərinin yerinə yetirilməsi hər bir vergi ödəyicisinin şəxsi və sərbəst iradəsindən asılı olan məsələ hesab olunur. Vergi öhdəliklərinin könüllü yerinə yetirilməsi vergilərin ödənilməsinin formalarından biridir. Vergi öhdəliklərinin məcburi qaydada ödətdirilməsi yalnız vergi ödəyiciləri tərəfindən öhdəliklərin könüllü şəkildə yerinə yetirilmədiyi halda əlavə üsul olaraq tətbiq edilir. Əgər qanunvericilikdə vergi ödəyicisinin öhdəliyinin müstəqil qaydada yerinə yetirilməsi nəzərdə tutulmamışdırsa, onda vergilərin vergi agenti tərəfindən alınması üsulundan istifadə edilir.
Dəmir yolunun daha 8,6 km hissəsində əsaslı təmir başladı
Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. “OLAYLAR”-a “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, fevralın 7-dən etibarən dəmir yolunun Dəllər-Şəmkir mənzilində 8,6 km yolun əsaslı təmirinə start verilib. Təmir işləri bir həftə davam edəcək. Əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.
Azərbaycan nefti bahalaşdı
Son 15 ildə 4 min qadın sahibkara 66 mln. manatlıq kredit verilib
2002-2016-ci illər ərzində 3787 qadın sahibkara 65,9 mln. manat güzəştli kredit verilib. Məlumata görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib. Onun sözlərinə görə, 2002-2016-ci illər ərzində qadın sahibkarlara verilmiş güzəştli kreditlər hesabına 5671 yeni iş yeri yaradılıb.
Azərbaycan yanvar ayı üzrə gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-ə təqdim edib
Energetika Nazirliyi Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasına uyğun olaraq Azərbaycanın cari ilin yanvar ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatlarını Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib. “OLAYLAR” -a nazirliyin mətbuat xidmətindən bildirilib ki, həmin məlumatlara əsasən, cari ilin yanvar ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 814,6 min barrel olub. Bunun 759,7 min barrelini xam neft, 54,9 min barrelini kondensat təşkil edib. Gündəlik 624,2 min barrel xam neft, 54,9 min barrel kondensat, 14,3 min barrel isə neft məhsulları ixrac edilib. Neft hasilatının azaldılması üzrə sazişə müvafiq olaraq Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi növbəti dəfə də yerinə yetirib.
Sənayedə yerli xammaldan istifadə imkanları genişləndirilir
Fevralın 6-da İqtisadiyyat Nazirliyinin dəstəyi, Nazirliyin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu, “Sumqayıt Kimya Sənaye Parkı” MMC və “SOCAR Polymer” MMC-nin birgə təşkilatçılığı ilə “Sənayedə yerli xammala əsaslanmaqla idxalı əvəz edən istehsalın genişlənməsi” mövzusunda konfrans keçirilib.
Dövlət özəl sektorun inkişafına hərtərəfli dəstək verir
“Son 14 ildə sahibkarlığın, özəl sektorun inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətlərindən birini təşkil edib”. “OLAYLAR”-ın yap.org. az-a istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib.
Çində Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə dair Konfrans keçirilib
Fevralın 6-da Pekində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin, Azərbaycanın Çin Xalq Respublikasındakı Səfirliyinin və Çinin Kommersiya Nazirliyinin təşkilatçılığı, Türkiyə, Qazaxıstan və Gürcüstan nümayəndə heyətlərinin iştirakı ilə "Kəmər və Yol" təşəbbüsünün reallaşmasında "Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizinin rolu" mövzusunda Beynəlxalq Konfrans keçirilib. İqtisadiyyat Nazirliyindən “Olaylar"a bildirilib ki, Azərbaycan tərəfi konfransda İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti ilə iştirak edib.
Dövlət etalonları laboratoriyalarının beynəlxalq tanınması təmin edilib
Azərbaycanda həyata keçirilən ölçmələrin, dövlət etalonları laboratoriyalarının fəaliyyətinin beynəlxalq tanınması təmin edilib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən “Olaylar”a bildirilib ki, “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsi (AzMİ) müvafiq laboratoriyalarda saxlanılan və tətbiq edilən kütlə, təzyiq, elektrik kəmiyyətləri, temperatur, sıxlıq və özlülük, ionlaşdırıcı şüalanma kəmiyyət vahidləri dövlət etalonlarının beynəlxalq səviyyədə tanınması üçün beynəlxalq tutuşdurmalarda iştirak edib və müsbət nəticələr əldə edib. Belə ki, 2017-ci ilin oktyabr-noyabr aylarında Azərbaycanda mövcud olan dövlət etalon laboratoriyalarının keyfiyyəti idarəetmə sisteminin İSO/İEC 17025 beynəlxalq standartının tələblərinə uyğunluğunun qiymətləndirilməsi məqsədilə beynəlxalq səviyyəli audit (peer review) keçirilib, auditin nəticələri Avrasiya Ölkələrinin Dövlət Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatında (KOOMET) müzakirə edilərək müsbət qərar qəbul olunub.














