Dövlət etalonları laboratoriyalarının beynəlxalq tanınması təmin edilib

Azərbaycanda həyata keçirilən ölçmələrin, dövlət etalonları laboratoriyalarının fəaliyyətinin beynəlxalq tanınması təmin edilib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən “Olaylar”a bildirilib ki, “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsi (AzMİ) müvafiq laboratoriyalarda saxlanılan və tətbiq edilən kütlə, təzyiq, elektrik kəmiyyətləri, temperatur, sıxlıq və özlülük, ionlaşdırıcı şüalanma kəmiyyət vahidləri dövlət etalonlarının beynəlxalq səviyyədə tanınması üçün beynəlxalq tutuşdurmalarda iştirak edib və müsbət nəticələr əldə edib. Belə ki, 2017-ci ilin oktyabr-noyabr aylarında Azərbaycanda mövcud olan dövlət etalon laboratoriyalarının keyfiyyəti idarəetmə sisteminin İSO/İEC 17025 beynəlxalq standartının tələblərinə uyğunluğunun qiymətləndirilməsi məqsədilə beynəlxalq səviyyəli audit (peer review) keçirilib, auditin nəticələri Avrasiya Ölkələrinin Dövlət Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatında (KOOMET) müzakirə edilərək müsbət qərar qəbul olunub.

Azərbaycanda həyata keçirilən ölçmələrin, dövlət etalonları laboratoriyalarının fəaliyyətinin beynəlxalq tanınması təmin edilib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən "Olaylar"a bildirilib ki, "Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxsi (AzMİ) müvafiq laboratoriyalarda saxlanılan və tətbiq edilən kütlə, təzyiq, elektrik kəmiyyətləri, temperatur, sıxlıq və özlülük, ionlaşdırıcı şüalanma kəmiyyət vahidləri dövlət etalonlarının beynəlxalq səviyyədə tanınması üçün beynəlxalq tutuşdurmalarda iştirak edib və müsbət nəticələr əldə edib. Belə ki, 2017-ci ilin oktyabr-noyabr aylarında Azərbaycanda mövcud olan dövlət etalon laboratoriyalarının keyfiyyəti idarəetmə sisteminin İSO/İEC 17025 beynəlxalq standartının tələblərinə uyğunluğunun qiymətləndirilməsi məqsədilə beynəlxalq səviyyəli audit (peer review) keçirilib, auditin nəticələri Avrasiya Ölkələrinin Dövlət Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatında (KOOMET) müzakirə edilərək müsbət qərar qəbul olunub. Azərbaycanın dövlət etalonları laboratoriyalarında həyata keçirilən ölçmələrin beynəlxalq səviyyədə tanınmasını təmin edən sənəd - 31 yanvar 2018-ci il tarixli QSF-R53 nömrəli "Tanınma Şəhadətnaməsi" Braunşveyq şəhərində, Almaniya Fiziki-Texniki İnstitutunda (PTB) KOOMET-in Keyfiyyət Forumu üzrə Texniki Komitəsinin 24-cü iclasında Azərbaycan Metrologiya İnstitutunun Baş direktorunun müşaviri Azər Qurbanova təqdim edilib. Tədbirdə Almaniya, Bosniya və Herseqovina, Belarus, Kuba, Gürcüstan, Litva, Rusiya, Özbəkistan, Moldova, Tacikistan, Ukrayna və digər ölkələrin milli metrologiya qurumlarının nümayəndələri iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31