Bakı-Köçərli-Bakı sərnişin qatarının hərəkəti dayandırılır
Fevralın 15-dən etibarən Bakı-Köçərli-Bakı sərnişin qatarının hərəkəti dayandırılır. “OLAYLAR” xəbər verir ki, bu barədə məlumatı “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki, Bakıdan 15.02.2018-ci il tarixdən, Köçərlidən isə 16.02.2018-ci il tarixdən etibarən 656/655 nömrəli Bakı-Köçərli-Bakı sərnişin qatarının hərəkəti dayandırılır.
12 Fevral 2018 13:44 İqtisadiyyatFevralın 15-dən etibarən Bakı-Köçərli-Bakı sərnişin qatarının hərəkəti dayandırılır. "OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki, Bakıdan 15.02.2018-ci il tarixdən, Köçərlidən isə 16.02.2018-ci il tarixdən etibarən 656/655 nömrəli Bakı-Köçərli-Bakı sərnişin qatarının hərəkəti dayandırılır.
Belə bir addım "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin 29 yanvar 2018-ci il tarixli 01 nömrəli Qərarına əsasən, iqtisadi səmərəliliyin möhkəmləndirilməsi və xərclərin optimallaşdırılması məqsədi ilə atılıb.