Turizm biznesi peşəkarları üçün ənənəvi illik tədbir keçiriləcək
Fevralın 15-də turizm biznesi peşəkarları üçün "B2B Luxury & MICE Workshop" adlı ənənəvi illik tədbir keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən “OLAYLAR”-a bildirilib ki, tədbirin təşkilatçıları Britaniyanın TMI Consultancy konsaltinq şirkəti və onun Azərbaycandan olan tərəfdarları olacaqlar. Vorkşopun iştirakçıları bir tərəfdən Azərbaycan turizminin lüks seqmentindən olan aparıcı şirkətlər, digər tərəfdən isə dünyanın müxtəlif ölkələri və regionlarından olan xarici beşulduzlu otellər, turoperaperatorlar və turizm ofislərinin nümayəndələri olacaqlar. B2B Luxury & MICE Workshop layihəsi çərçivəsində habelə 13 fevralda Qazaxıstanda (Almatı) və 17 fevralda Gürcüstanda (Tbilisi) vorkşoplar keçiriləcək.
14 Fevral 2018 16:05 TurizmFevralın 15-də turizm biznesi peşəkarları üçün "B2B Luxury & MICE Workshop" adlı ənənəvi illik tədbir keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən "OLAYLAR"-a bildirilib ki, tədbirin təşkilatçıları Britaniyanın TMI Consultancy konsaltinq şirkəti və onun Azərbaycandan olan tərəfdarları olacaqlar. Vorkşopun iştirakçıları bir tərəfdən Azərbaycan turizminin lüks seqmentindən olan aparıcı şirkətlər, digər tərəfdən isə dünyanın müxtəlif ölkələri və regionlarından olan xarici beşulduzlu otellər, turoperaperatorlar və turizm ofislərinin nümayəndələri olacaqlar. B2B Luxury & MICE Workshop layihəsi çərçivəsində habelə 13 fevralda Qazaxıstanda (Almatı) və 17 fevralda Gürcüstanda (Tbilisi) vorkşoplar keçiriləcək.
Bu il ilk dəfə olaraq tədbirin rəsmi tərəfdaş ölkəsi qismində Sloveniya çıxış edir. Vorkşopun açılışında bu ölkənin Turizm ofisinin nümayəndələri Bakının turizm şirkətləri üçün təqdimat keçirəcək, turizm istiqaməti olaraq ölkənin unikal cahətləri haqda söhbət açacaqlar, habelə Turkish Airlines hava yolları şirkətindən olan onların həmkarları 2016-cı ildə Avropanın Yaşıl paytaxtı adını qazanan Sloveniyanın paytaxtına Bakı-İstanbul-Lyublyana təyyarə reyslərinin əlverişli proqramını təqdim edəcəklər.