Vicdanlı vergi ödəyicisinin səhv etməyə haqqı var?
“Vicdanlı vergi ödəyicisi ilə qeyri-vicdanlı davranan ödəyici arasında fərq qoyulmalıdır. Vicdanlı vergi ödəyicisinin səhv etməyə haqqı var. Vergi orqanının vəzifəsi bu səhvin baş vermə anını gözləmək deyil, onun bütün vasitələrlə qarşısını almaqdır. Belə yanaşma “vergi ödəyicisinə göstərilən xidmətlər” anlayışına yenidən baxılmasını və genişləndirilməsini tələb edir. O, biznesin təsis edilməsi və aparılmasına dəstək göstərilməsini də əhatə etməlidir.
15 Fevral 2018 14:07 İqtisadiyyatVergini ödəmək hər bir vətəndaşın Konstitusiya borcudur
"Vicdanlı vergi ödəyicisi ilə qeyri-vicdanlı davranan ödəyici arasında fərq qoyulmalıdır. Vicdanlı vergi ödəyicisinin səhv etməyə haqqı var. Vergi orqanının vəzifəsi bu səhvin baş vermə anını gözləmək deyil, onun bütün vasitələrlə qarşısını almaqdır. Belə yanaşma "vergi ödəyicisinə göstərilən xidmətlər" anlayışına yenidən baxılmasını və genişləndirilməsini tələb edir. O, biznesin təsis edilməsi və aparılmasına dəstək göstərilməsini də əhatə etməlidir. Vergilər Nazirliyi düzgün vergi planlaşdırılması ilə vergidən yayınmanı fərqləndirə bilir. Birinci müsbət qarşılanırsa, ikincisini cinayət sayırıq və onun cəzasının qaçılmaz olduğunu təmin etmək üçün əlimizdən gələni edəcəyik. Bu gün Vergilər Nazirliyi vergi ödəyicilərinə vergi toplanmasından könüllü vergi ödənilməsinə keçidi təklif edir". Bu fikirləri vergilər nazirliyi Mikayıl Cabbarov səsləndirib. Səslənin fikirlər ölkədə vergi sisteminin yenidən qurulması təəssüratını yaradır. Əslində isə Azərbaycanda oturuşmuş vergi sistemi və təkmil qanunvbericilik bazası mövcuddur. Sadəcə həmin qanunların icrasına vicdanlı yanaşma tələb olunur. Nəzərə almaq lazımdır ki, risklərin artdığı müasir dövrdə sabit maliyyə resurslarının təmin edilməsində vergi sistemi mühüm rol oynayır.Azərbaycanın vergi sistemində şəffaflığın təmin edilməsi, vergiödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsi, dinamik və müasir idarəetmə prinsiplərinə söykənən vergi administrasiyasının formalaşdırılması istiqamətində ardıcıl addımlar atılır.Hüquqşünas Alim Hüseynli qeyd edib ki, vergini ödəmək isə hər bir vətəndaşın Konstitusiya borcudur. Odur ki, nəzərə alınmalıdır ki, vergi qanunvericiliyinin pozulması vergi borcunun yaranmasına gətirib çıxarır. Yaranmış vergi borclarını vaxtında ödəməyən vergi ödəyiciləri isə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən, xeyli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmış şəxslər 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1000 manatdan 2000 manatadək cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılırlar. Bu əməl mütəşəkkil dəstə tərəfindən törədildikdə və ya onlar külli miqdarda (50.000 manatdan yuxarı məbləğ) vergini büdcədən yayındırdıqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılırlar. Dünyanın bütün ölkələrində ver¬gi öhdəliklərinin icrasından ya¬yınmaq, vergi borcuna etinasız yanaşmaq məsuliyyət yaradır və bir sıra dövlətlərdə daha sərt cəzalar tətbiq olunur. Xüsusən vergi ödəyicisinin əmlakına həbs qoyulması dünyada vergi intizamının yüksək səviyyədə saxlanmasının ən güclü mexanizmi hesab olunur.
Hüquqşünas bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 4 avqust tarixli "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında Sərəncamında vacib məsələlərdən biri vergidən yayınan vergi ödəyiciləri barədə ictimai məlumatlandırmadır. Belə ki, vergidən yayınan ödəyicilər üzərində ictimai nəzarət həyata keçirilməklə belə faktlar barədə vergi orqanına məlumat verən şəxslərin mükafatlandırılması nəzərdə tutulub. Mükafatın məbləği verilmiş məlumatlar əsasında büdcəyə ödətdirilmiş vergi məbləğlərinə uyğun müəyyənləşdiriləcək. "Vergidən yayınma hallarının qarşısını almaq məqsədilə ictimai məlumatlandırma" ("Whistleblow") adlanan həmin mexanizm dünya təcrübəsində geniş tətbiq edilir. Bu zaman faktların media vasitəsilə ictimailləşməsindən də geniş istifadə olunur. Vergilər Nazirliyi ölkədə vergi borcunu ödəməyən şirkət və fiziki şəxslərin siyahısını dəfələrlə açıqlayıb. Vergidən yayınanlar sırasında məhşur şirkətlər də var. O, əlavə edib ki, ölkədə aparılan iqtisadi islahatların tərkib hissəsi kimi vergi borclarının dövlət büdcəsinə alınmasının tam həcmdə və operativ şəkildə təmin edilməsi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində Vergi Məcəlləsində və digər qanunvericilik aktlarında bir sıra əlavə və dəyişikliklər edilib. Belə ki, Vergi Məcəlləsinin 89.10-cu və 90-cı maddələrində edilmiş dəyişikliklərə əsasən məhkəmə qərarlarının icrası prosesinin daha sadə və operativ şəkildə həyata keçirilməsini təmin edəcək, icra məmurunun sifarişinə əsasən əmlak açıq hərrac ilə yanaşı, elektron hərrac vasitəsi ilə də satıla biləcək. "İcra haqqında" qanunun 53.2-ci maddəsinə edilmiş dəyişikliklərə əsasən üzərinə həbs qoyulmuş daşınar əmlakın dəyərinin yuxarı həddi icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində, o cümlədən elektron ticarət şəbəkələrində satılması məqsədləri üçün 500 manatdan 5000 manata qədər artırılıb: "Qanuna edilmiş əlavə və dəyişikliklərdən biri də vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını bu Qanunla müəyyən olunmuş müddətdə qərəzli olaraq icra etməyən və ya həmin məhkəmə qərarlarının icrasına maneçilik törədən şəxslərə qarşı daha ciddi məsuliyyət tədbirlərinin nəzərdə tutulmasıdır. Belə ki, dəyişikliyə əsasən həmin şəxslər barəsində belə hərəkətlərə görə artıq inzibati protokol tərtib edilməyəcək və əlavə edilmiş 84-2.1-ci maddəyə əsasən onlar Cinayət Məcəlləsi ilə müəyyən olunmuş qaydada cinayət məsuliyyəti daşıyacaqlar. "İcra haqqında" qanuna əlavə olunmuş 84-2-ci maddəyə əsasən icra məmurları tərəfindən icra sənədləri barədə məlumatların ən geci 1 gün müddətində, eləcə də vergi orqanlarının müraciətlərinə əsasən onlara məlum olan bütün məlumatların və əldə etdikləri sənədlərin 15 gün müddətində rəsmi şəkildə aidiyyəti vergi orqanına təqdim edilməsi nəzərdə tutulub. Bu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasının tez bir zamanda təmin edilməsi, habelə Vergilər Nazirliyi tərəfindən vergilərin vaxtında və tam məbləğdə yığılması və dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi üçün daha əlverişli şərait yaradacaq". Mülki Prosessual Məcəllənin 26.1-ci və 26.2.8-ci maddələrində edilmiş dəyişikliklər isə Vergi Məcəlləsinə uyğunlaşma xarakteri daşıyır. Həmin dəyişikliyə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə vergi orqanının qaldırdığı iddialar ilə bağlı vergi orqanı ilə vergi ödəyicisi arasında iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında inzibati-iqtisadi məhkəməyə aid edilmişdir. Bu dəyişikliklər ölkədə aparılan iqtisadi islahatların tərkib hissəsi kimi həyata keçiriləcək.
Zəka