“Ağ Qızıl Akademiyası” adlı layihə

Biləsuvar rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Biləsuvar rayon Gənclər və İdman İdarəsi təşkilati dəstəyi ilə Gənclər Fondunun X qrant müsabiqəsinin qalibi Sahil Hüseynzadənin “Ağ Qızıl Akademiyası” adlı layihəsi uğurla həyata keçirilib. Tədbirdə çıxış edən Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov bildirib ki, hazırda Prezident İlham Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə ölkəmiz öz inkişafının yeni bir mərhələsinə başlayıb. Respublikamızda sahibkarlığın inkişaf etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması və sahibkarlara hərtərəfli köməkliklər göstərilməsi pambıqçılığa olan marağı daha da artırıb. Ölkədə aqrar sahənin dinamik inkişafına nail olmaq üçün qarşıya qoyulan vəzifələr Biləsuvarda uğurla icra olunur.

Biləsuvar rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Biləsuvar rayon Gənclər və İdman İdarəsi təşkilati dəstəyi ilə Gənclər Fondunun X qrant müsabiqəsinin qalibi Sahil Hüseynzadənin "Ağ Qızıl Akademiyası" adlı layihəsi uğurla həyata keçirilib. Tədbirdə çıxış edən Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov bildirib ki, hazırda Prezident İlham Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə ölkəmiz öz inkişafının yeni bir mərhələsinə başlayıb. Respublikamızda sahibkarlığın inkişaf etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması və sahibkarlara hərtərəfli köməkliklər göstərilməsi pambıqçılığa olan marağı daha da artırıb. Ölkədə aqrar sahənin dinamik inkişafına nail olmaq üçün qarşıya qoyulan vəzifələr Biləsuvarda uğurla icra olunur.

Digər təlim Bilsuvar Peşə Liseyində keçirilib. Təlimdə çıxış edən Biləsuvar Peşə Liseyinin direktor müavini Nərmin Muradlı bildirib ki, bu cür layihələr gənclər arasında sahibkarlığın inkişafına kömək edir, keçirilən təlimlər rayonumuzda pambıqçılıqla məşğul olan gənclərə böyük stimul verir. 

Sonra çıxış edən layihə rəhbəri Sahil Hüseynzadə bildirdi ki, "Ağ Qızıl Akademiyası" layihəsi Biləsuvar rayonunda pambıqçılıq istiqamətində gənc sahibkarların formalaşdırılmasına, onların fəaliyyətinin stimullaşdırılmasına dəstək vermək, bununla gənclər arasında işsizliyin azaldılmasına köməklik göstərməkdən ibarətdir. Layihə çərçivəsində keçiriləcək təlimlər Biləsuvar rayonunda pambıqçılıq sahəsində sahibkarlığın gənclər arasında mütəmadi təbliğinə xidmət edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31