Azərbaycan iqtisadiyyatının inkişafında yeni mərhələ
Azərbaycanda iqtisadi islahatlar davam etməkdədir. Xüsusən, qeyri-neft sektorunun inkişafı məqsədilə çoxsaylı tədbirlər həyata keçirilir. Bunun üçün isə ölkədə azad iqtisadi zonaların yaradılması zərurəti ortaya çıxıb. Məhz belə zonaların formalaşdırılmasını təmin edəcək qanunvericilik bazası hazırlanıb. Artıq ölkə parlamenti “Ələt azad iqtisadi zonası haqqında” yeni qanun layihəsi ni birinci oxunuşda qəbul edib.
15 Fevral 2018 14:23 İqtisadiyyatÖlkədə azad iqtisadi zonalar yaradılır
Azərbaycanda iqtisadi islahatlar davam etməkdədir. Xüsusən, qeyri-neft sektorunun inkişafı məqsədilə çoxsaylı tədbirlər həyata keçirilir. Bunun üçün isə ölkədə azad iqtisadi zonaların yaradılması zərurəti ortaya çıxıb. Məhz belə zonaların formalaşdırılmasını təmin edəcək qanunvericilik bazası hazırlanıb. Artıq ölkə parlamenti "Ələt azad iqtisadi zonası haqqında" yeni qanun layihəsi ni birinci oxunuşda qəbul edib. Qeyd edək ki, sənəd ölkə prezidentinin "Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla, azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında" Sərəncamına əsasən hazırlanıb. Sənədi hazırlayan mütəxəssislər, hüquqşünas və ekspertlər dünyada gedən proseslərə ciddi diqqət yetiriblər. Azad iqtisadi zonalara dair beynəlxalq qanunvericilik dərindən öyrənilib və ən uğurlu nəticələr verən, investorlar üçün əlverişli şərait yaradan müddəalar əsas götürülüb. Maraqlıdır, görəsən "Ələt azad iqtisadi zonası haqqında" yeni qanun Azərbaycan iqtisadiyyatına nə vəd edir?
Millət vəkili, Qüdrət Həsənquliyev bildirib ki, doğrudan da işçi qrup ciddi qanun layihəsi hazırlayaraq parlamentə təqdim edib. Lakin qanunda bır sıra boşluqlar var: "Bu qanunda əmək qaydalaraından söhbət gedən 20, ekologiya ilə bağlı 23 və mübahisələrin həlli ilə bağlı 26-cı maddələrdə olan normalar ya yenidən işlənməli, ya da ümumiyyətlə qanunvericilikdən çıxarılmalıdır. Bu qanunun əsas məqsədi ondan ibarətdir ki, Azərbaycan müəyyən bir ərazisində xarici investorlar üçün əlverişli şərait yaradılsın. Müəyyən lqotlar nəzərdə tutur. Burada da söhbət vergi və gömrük rüsumlarındn azad olmaqdan gedir. Əgər söhbət vətəndaşların funbdamental hüquq və azadlıqlarından gedirsə, burada xarici investora hansı güzəştdən söhbət gedə bilər? Yaxud ekologiya ilə bağlı xarici investora hansı güzəştlərə getmək olar? Biz ekologiya, əmək hüquqları ilə bağlı beynəlxalq konvensiyalara qoşulmuşuq". Millət vəkili əlavə edib ki, Konstitusiyanın 60-cı maddəsində birbaşa qeyd olunur ki, Azərbaycan Respublikası vətəndaşlarının məhkəmələrə müraciət etmək hüququ var. Həmçinin Konstitusiyada qeyd olunur ki, bu Konstitusiya Azərbaycanda beynəlxalq qanunlardan da üstün hüquqi qüvvəyə malikdir: "Yəni bu normalar məlumdur. Söhbət qanunlara və Konstitusiyaya münasibətdən gedir. Axı bizim əmək qanunvericiliyi əmək konvensiyasına, yəni əmək hüquqlarının qorunması ilə bağlı beynəlxalq konvensiyaya uyğun olaraq hazırlanıb. Eləcə də ekologiya ilə bağlı da beynəlxalq konvensiyalara qoşulmuşuq. Belə halda yeni qanunda niyə əlavə qanunlar, qaydalar yazılmalıdır? Həmin azad zonada istehsal olunan mallar Azərbaycanın əsas iqtisadiyyat zonasına idxal olunanda tutaq ki, Rusiya orada bir zavod açıbsa, o öz məhsullarını 18 fazi gömrük rüsumu əsasında idxal edəcək, Türkiyə müəssisə açıbsa 36 fazilə Azərbaycana idxal edəcək. Mən təklif etdim ki, bəlkə biz bunların hamısı üçün bir az aşağı və vahid bir standart müəyyənləşdirək? Tutaq ki, onlar 10 faiz gömrük rüsumu ödəməklə öz istehsal etdiyi məhsulları Azərbaycana idxal edə bilsinlər. Tutaq ki, bir rus və bir türk şirkəti həmin ərazidə 50 faiz payla birgə müəssisə açır. Ondan bu rüsumlar necə tutulacaq? 36 fazi alacağıq, yoxsa 18 faiz? Yəni biz bu tipli məsələləri komitənin iclasında qaldırmışdıq, amma təkliflərimiz nəzərə alınmadan plenar iclasda müzakirəyə çıxarılıb. Mən bir daha vurğulamaq istəyirəm ki, burada söhbət hazırlanmış qanun layihəsinin ölkə Konstitusiyası ilə ziddiyyət təşkil etməsindən gedir. Ona görə də, düşünürəm ki, biz birinci oxunuşda əlbəttə buna səs verə bilərik, amma ikinci oxunuş üçün mütləq bu məsələlər düzəldilməlisir. Azərbaycan vətəndaşlarının hətta Avropa İnsan Hüquaları Məhkəməsinə müraciət etmək hüququ var? Bu necə həll olunacaq? Yəni bu tipli məsələlər düşünürəm ki, bu qanunun predmeti olmamalıdır. Bu qanunda yalnız iqtisadi baxımdan əlverişli şərtlər əsas olmaldır". Onun sözlərinə görə, sənədləşmə işlərində də birpəncərə prinsipi tətbiq etmək olar ki, qısa müddətdə və asan formada bu məsələlər həllini tapsın: "Məsələn, orada yaşayış binası, müəssisə tikiləcək. Həmin binaların təhlükəsiuzliyi ilə bağlı məsələlər necə həll olunacaq? Biz bunların hamısı ilə bağlı qaydalar qəbul etsək, gərək bütün Azərbaycanda bu tipli məsələləri tənzimləyən qanunları, hər birinin başlığını qayda qoymaqla qaydalar formasında həmin zona üçün qəbul edək. Ona görə ki, o məsələlər ciddidir. Sabah oradakı zavod, yaxud yaşayış bunası uçarsa bunun məsuliyyətini kim daşıyacaq? Belə çıxır ki, gərək o məsələlərlə bağlı həmin azad iqtisadi zona üçün tikinti məcəlləsi qaydaları qəbul edək. Düşünürəm ki, bunların heç birinə ehtiyac yoxdur. Sadəcə, investorlar üçün vergi və gömrük rüsumlarından azad olunma və bir də onların əmlakının əsas iqtisadi zonaya - yəni Azərbaycanın digər bölgəsinə ixrac edilməsi üçün güzəştlər nəzərdə tutulması tamamilə yetərlidir. Həmçinin yaxşı olardı ki, qanunun adını ümumiyyətlə Ələt yox, Azad İqtisadi Zona qoyaq. Ola bilsin ki, gələcəkdə biz Azərbaycanıən başqa bölgələrində də belə Azad İqtisadi Zonalar yaradaq".
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib ki, "Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsi Azərbaycan iqtisadiyyatının inkişafının yeni mərhələsinin başlandığını göstərir: "Belə ki, müstəqillik əldə etdikdən sonra keçən dövr ərzində Ulu öndərimiz Heydər Əliyevin bünövrəsini qoyduğu iqtisadi və sosial siyasəti uğurla davam etdirən Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkəmiz özünü beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi göstərmiş və möhkəm iqtisadi dayaqlara malik bir diyar kimi təsdiq etmişdir. Azad iqtisadi zonaların yaradılmasında məqsəd ölkəmizin beynəlxalq əmək bölgüsündə fəal iştirakını təmin etmək və ixrac üçün rəqabətqabiliyyətli məhsul istehsalının genişləndirilməsi yolu ilə valyuta daxilolmalarının artımına nail olmaqdır". E.İbrahimov bildirib ki, bu istiqamətdə ölkəmizdə müəyyən işlər görülüb. Belə ki, Prezident İlham Əliyev cənablarının göstərişi və birbaşa iştirakı ilə respublikamızda azad iqtisadi zonanın bəzi xüsusiyyətlərini özündə əks etdirən iqtisadi zonalar-Sumqayıt Kimya Texnologiya Parkı, Mingəçevir Tekstil Texnologiya Parkı, Neftçala sənaye məhəlləsi, Yalama və Şəmkir aqroparkları və digər iqtisadi zonalar yaradılmış və bu istiqamətdə işlər sürətlə genişlənməkdədir: "Bu zonalarda da binaların tikintisini, kommunikasiya və infrastruktur xətlərinin çəkilməsini dövlət öz üzərinə götürmüş, həmin zonalarda quraşdırılan avadanlıq və qurğular gömrük rüsumundan azad olunur, müəssisələr isə 7 il müddətinə bütün vergilərdən azaddırlar. Ələt azad iqtisadi zonasının yaradılması da bu istiqamətdə atılan yeni bir addımdır və şübhəsiz ki, azad iqtisadi zonalara məxsus iqtisadi, sosial və elmi-texniki məqsədləri daha geniş formada özündə cəmləşdirir. Qanunun mətni ilə tanışlıq onu deməyə əsas verir ki, bu zonanın yaradılmasında iki yanaşma mövcuddur. Həm zonanın yerləşdiyi regionun sosial-iqtisadi inkişafını təmin etmək üçün bu zonada yaradılan müəssisələrə başqa ərazilərdə yerləşən müəssisələrdən fərqli olaraq xüsusi güzəştli vergi, gömrük və digər rejimlər tətbiq olunur. Həm də bu zonada həmin güzəştlər müxtəlif sahibkarlıq fəaliyyəti növlərinə şamil olunur. Göstərilən məqsədlərə çatmaq üçün qanun layihəsində azad iqtisadi zonada tətbiq edilən qanunvericilik, zonanın idarə edilməsini təmin edən səlahiyyətli qurumun yaradılması, onun hüquq və vəzifələri, bu qurumun idarə olunması, Ələt azad zonasında yaradılan hüquqi şəxslərin bu zonada fəaliyyəti, vergi tənzimləməsi, gömrük işi, sərhəd rejimi, zonanın ərazisi, mübahisələrin həlli və zonanın xüsusiyyətlərinə uyğun digər məsələlər geniş və asan anlaşılan formada əks olunub. Qanun layihəsində Ələt Azad İqtisadi Zonasının fəaliyyəti ilə bağlı bütün məsələlər əhatə olunduğuna görə hesab edirəm ki, bu qanunun qəbul edilməsi ölkəmizdə iqtisadiyyatın və sosial həyatın inkişafına böyük təkan verməklə dünyanın inkişaf etməkdə olan və inkişaf etmiş ölkələri ilə rəqabət aparmaqda respublikamızın gücünü xeyli artıracaq. Ələt Azad İqtisadi Zonasının yaradılması yeni iş yerlərinin açılması, yeni və ən müasir texnologiyaların, bilik və təcrübənin tətbiqi, bazar münasibətlərinin inkişafı üçün zəruri olan xarici investisiyaların cəlb edilməsi, yerli ixtisaslı fəhlələrin, mühəndislərin, iqtisadi və idarəetmə heyətinin təhsil və peşə təcrübələrinin artması üçün çox zəruridir".
Alim