Energetika naziri Almaniyaya səfər edib
Energetika naziri Pərviz Şahbazov 16-17 fevral tarixlərində Bavariyanın paytaxtında keçirilən 54-cü Münhen Təhlükəsizlik Konfransında iştirak edib. “OLAYLAR” -a nazirliyin mətbuat xidmətindən bildirilib ki, konfrans çərçivəsində Pərviz Şahbazov bir sıra ikitərəfli görüşlər də keçirib.
19 Fevral 2018 11:43 İqtisadiyyatEnergetika naziri Pərviz Şahbazov 16-17 fevral tarixlərində Bavariyanın paytaxtında keçirilən 54-cü Münhen Təhlükəsizlik Konfransında iştirak edib. "OLAYLAR" -a nazirliyin mətbuat xidmətindən bildirilib ki, konfrans çərçivəsində Pərviz Şahbazov bir sıra ikitərəfli görüşlər də keçirib. Energetika naziri ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə katibinin müavini Dan Brouillette, UNİPER şirkətinin baş direktoru Klaus Şafer və Münhen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşingerlə görüşüb. Görüşlərdə qarşılıqlı əməkdaşlığın inkişafına dair maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.